Tramp Rusiyanın da təbii sərvətlərinə sahiblənmək istəyir Moskvaya qarşı sanksiyalar ləğv edilə bilər
Icma.az, Hurriyyet saytına istinadən bildirir.
Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Rusiyadan minerallar satın almaq və RF-nin üzərinə qoyulmuş sanksiyaları ləğv etmək niyyətində olduğunu bəyan edib.
Donald Tramp Vaşinqtonun təkcə Ukraynanın deyil, Rusiyanın da təbii sərvətlərinə yiyələnmək niyyətində olduğunu bəyan edib.
Ağ Evdə jurnalistlərin qarşısında çıxış edən Tramp Kiyevlə yeraltı sərvətlər barəsində sövdələşmədən danışarkən, Moskvanın da nadir yeraltı sərvətlərini ələ keçirmək istədiyini deyib. O, Rusiyanın böyük mədənlərə sahib olduğunu qeyd edib.
Tramp bu cür sövdələşmələrin həm ABŞ, həm də Rusiya üçün qarşılıqlı mənfəət gətirəcəyini, gələcəkdə bu məsələnin müzakirə edilə biləcəyini söyləyib.
Bundan başqa, Tramp qeyd edib ki, ABŞ gələcəkdə Rusiyaya qarşı sanksiyaları ləğv eləmək imkanlarını nəzərdən keçirir. Lakin hazırda müvafiq razılaşmalar yoxdur.
Hürr Tərcüman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 26 Fevral 2025 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















