Icma.az
close
up
RU
“Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” Moskva kartları açdı

“Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” Moskva kartları açdı

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin son açıqlaması diqqət çəkib. Belə ki, o, ABŞ Prezidenti Donald Trampın dünyanın gözündən pərdə asdığını, əslində isə Ukraynaya dəstəyi davam etdirməyə hazır olduğunu, Putinlə bu cür davranmaqla oyun oynadığını bildirib.

Bu qənaət Rusiya elitasında hardandır?

Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, Donald Trampın Rusiya ilə müəyyən mənada oyun oynadığına dair Kremldə narahatlıq var:

“Hazırda ABŞ Rusiyanı qismən gücləndirməklə Çinin əlavəsinə çevrilməkdən xilas edir. Rusiyanı Çindən ayırmaqla rəsmi Pekini təkləmək və iqtisadi , ticari sanksiyalarla əlavə vergi rüsumlarını artırmaq, nəticədə Çini öz bölgəsində sıxışdırmağı hədəfləyir. Çünki Çin yumşaq güclə öz sərhədlərini çoxdan aşıb. Hətta Panama kanalı, ABŞ-ın burnunun yaxınlığına qədər bir çox yerlərə maliyyə cəhətdən sirayət edib. Bu da Çinin qlobal səviyyədə çox ciddi təsir imkanlarının olduğundan xəbər verir. Rusiya və Çin bunun fərqindədir. Hazırda Rusiya Medvedyevin dili ilə ABŞ rəhbərliyinin diqqətinə çatdırır ki, biz bütün variantları hesablayırıq. Əgər ABŞ həqiqətən də Rusiya ilə oyun oynayırsa, bu qalibiyyətlə nəticələnməyəcək. Verilən mesaj budur.

Bir tərəfdə Putin-Tramp telefon danışıqları, Ər-Riyadda hər iki ölkənin nümayəndə heyətlərinin görüşü və bu görüşdə Rusiyanın böyük eyforiyaya qapılması, bəzi siyasətçilərin dünyanın bölüşdürülməsi haqda razılığa gəlindiyi ilə bağlı fikirləri bir daha sübut edir ki, Rusiya ilə oyun heç bir nəticə verməyəcək. Rusiya ayıqdır”.

Natiq Miri

Politoloqun sözlərinə görə, Donald Tramp istəsə belə nəinki ABŞ-ın, heç bütövlükdə Qərb dünyasının, Avro-Atlantik məkanın maraqlarını Rusiyaya təhvil verə bilməz:

“Buna ABŞ çevrəsində imkan verməzlər. ABŞ-da Donald Trampın reytinqi sürətlə aşağı düşməkdədir. Ukrayna Prezidenti Volodimir Zelenskini diktator adlandırdıqdan sonra bu vəziyyət daha geniş vüsət alıb. Hər kəsə məlumdur ki, Zelenskinin reytinqi Donald Trampın qalib gəldiyi seçki nəticələrindən daha üstündür. ABŞ və Rusiya Ukraynada prezident seçkilərinin keçirilməsini istəyir. Lakin müharibə gedən ölkədə seçkilərin keçirilməsi doğru deyil. Bu toplumu, ölkəni parçalayacaq addım olardı. Rusiyanın da əsas marağı bundadır”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Fevral 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see289

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see287

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see262

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see226

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see219

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see179

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see175

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see154

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see153

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri