Icma.az
close
up
RU
“Tramp seçkinin nəticələrinə etiraz edəcək” “Qan tökülə bilər” AzPolitika onlayn siyasiictimai qəzet

“Tramp seçkinin nəticələrinə etiraz edəcək” “Qan tökülə bilər” AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məlum olduğu kimi, bu gün ABŞ-də 60-cı prezident seçkiləri keçirilir. Prezidentlik yarışında 4 namizəd - Ohayonun senatoru Ceyms Devid Vens, Minnesota qubernatoru Tim Vals, sabiq prezident Donald Tramp və vitse-prezident Kamala Harris olsa da, əsas mübarizənin son iki şəxs arasında keçəcəyi gözlənilər.

“AzPolitika” xəbər verir ki, seçki prosesinin gərgin mübarizə şəraitində keçməsi ABŞ-də təhlükəsizliklə bağlı narahatlıqları artırıb. Paytaxt Vaşinqtonda mühüm binaların ətrafına hasarlar çəkilib, iş yerlərinin pəncərələri bağlanıb.

Demokrat konqresmen Stiv Koen qəzəbli seçicilər arasında toqquşmalarla bağlı “qan tökülə bilər” xəbərdarlığını edib. Koen deyib ki, Harris seçkilərdə Trampı məğlub edərsə, respublikaçılar və o, məğlubiyyəti qəbul etməyə bilər.

“Düşünürəm ki, Kamala ən azı 5-6 milyon səslə qalib olacaq. Tramp heç bir şəkildə dayanmayacaq. Məhkəməyə gedəcək. Konqres binasına hücumu təkrarlayacaq”,- deyə o, bildirib.

Xatırladaq ki, ABŞ-dəki ifrat sağçı qruplar və Tramp tərəfdarları 3 noyabr 2020-ci il seçkilərinin nəticələrinin sertifikatlaşdırma sessiyasının keçirildiyi Konqresin binasına 6 yanvar 2021-ci ildə basqın ediblər. Basqın zamanı biri polis məmuru olmaqla 5 nəfər ölüb. İctimai üsyana təhrik etdiyinə görə impiçment üçün mühakimə olunan Tramp 2021-ci ilin fevralında Senatda keçirilən səsvermədə bəraət qazanıb. Nümayəndələr Palatasındakı demokratlar respublikaçıların etirazına baxmayaraq, komitə yaradıb və hadisəni araşdırmağa başlayıb.

Komitə Trampı “qiyama kömək etməkdə və ona zəmin hazırlamaqda”, “rəsmi prosesə mane olmaqda”, “ABŞ-nin nizamını pozmaq üçün sui-qəsddə”, “yalan bəyanatlar verməklə sui-qəsddə” ittiham edib.

“AzPolitika.info” 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Noyabr 2024 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see216

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see208

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see197

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see156

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see146

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see143

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri