Tramp Şimali Koreya ilə dialoq aparmaq istəyir
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
“Donald Tramp illərdir kəsilən ABŞ və Şimali Koreya arasında dialoqu bərpa etmək istəyir”.
Bakıvaxtı.az “LeFigfaro.fr”ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezidenti Li Çje Myon bildirib. Onun sözlərinə görə, Prezident Tramp dialoq istəyir:
“Mən də Prezident Trampı Pxenyanla dialoqa təşviq edirəm”.
Li Çje Myon əlavə edib ki, Tramp-Kim görüşü çətindir, lakin qeyri-mümkün deyil:
“Bunun nə qədər ehtimal olunduğunu dəqiq deyə bilmərəm, amma eyni zamanda aydındır ki, bu ehtimalı reallığa çevirmək üçün hər cür səy göstərməliyik”.
Xəbərdə qeyd olunur ki, D.Tramp Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının sədri Kim Çen Inla münasibətləri yenidən alovlandırmağa çalışır və ilin sonuna qədər onunla yenidən görüşməyi planlaşdırır. Şimali Koreya isə hələ ABŞ-yə cavab verməyib.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 18 Sentyabr 2026 07:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















