Icma.az
close
up
RU
Tramp sülh istəyir, ona görə də Bakıya gələ bilər

Tramp sülh istəyir, ona görə də Bakıya gələ bilər

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ümumiyyətlə ABŞ-da respublikaçıların hakimiyyəti dövründə Azərbaycanla münasibətlər daha yaxşı olur. Bunun əsas səbəbi odur ki, respublikaçılar daha çox neft maqnatları, silah sənayesi və hərbiyə yaxın şəxslər olur.

Bu sözləri Axar.az-a politoloq Turab Rzayev Azərbaycan və ABŞ münasibətlərini şərh edərkən deyib.

“Demokratlar dövründə isə ön plana daha çox insan haqları və hüquqları, siyasi, cinsi azadlıqlar və s. qoyulur və ölkə daxilində təzyiq göstərib, müdaxilə edirlər. Bu da rəngli inqilablara və ölkədə müxalifətin güclənməsinə, çevirilişlərə gətirib çıxaracaq proseslərdir. Aydın məsələdir ki, ölkələr tərəfindən qəbul olunan məsələ deyil. Ona görə də, ABŞ-da olan Demokratlar Partiyası Afrika və Asiya ölkələri tərəfindən sevilmir.

Azərbaycanın da neft ölkəsi olduğunu nəzərə alaraq indiki münasibətlərdə ortaq dil tapmaq olur. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki və ABŞ-ın beynəlxalq missiyalarındakı sülhməramlı rolu, həmçinin ABŞ-ın Əfqanıstana etdiyi hərbi kompaniyalara yaratdığı tranzit imkanları və s. üst-üstə gəldikdə bəlli olur ki, bizim bu gün ABŞ-la əməkdaşlıqda çox ortaq nöqtələrimiz var.

ABŞ Prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-ın dünya liderliyindən imtina etdiyini, dünyanın bütün problemlərini həll etmək məcburiyyəti olmadığını, həmçinin diqqətini öz vətəndaşlarına yönəldəcəyini bildirdi. İndiki halda ABŞ heç bir ölkənin daxili məsələlərinə qarışmaq niyyətində deyil.

Burada iki məqam var. Birincisi, Azərbaycanla strateji əməkdaşlığı inkişaf etdirməyə çalışırlar. İkincisi isə Rusiyaya qarşı olan növbəti sanksiyalarda Azərbaycanı da yanlarında görmək istəyə bilərlər. Bu, İrana da aiddir. Çünki Azərbaycan İran və Rusiya arasında yerləşən yeganə dövlətdir.

Bundan əlavə, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deynsın İsrailin Azərbaycandakı səfiri Corc Diklə görüşü də təsadüfi deyildi”, - Rzayev bildirib.

Politoloq Donald Trampın Azərbaycana səfərinin mümkünlüyünü də vurğulayıb:

“Tramp adətən səfərlərini böyük iqtisadi və siyasi uğurlarını əldə etmək üçün edir. Böyük layihə üzrə danışıqlar gedərsə və ya Azərbaycanla Ermənistan arasında sülh danışıqları imzalanması prosesində bunun mümkün ola biləcəyini düşünürəm.

ABŞ sülh prosesində çox maraqlıdır. Çünki Tramp prezident vəzifəsinə gələndə dünyada müharibələri dayandıracağı barədə söz vermişdi. Ancaq Ukraynada bu proses hələki uzanır. İsrailin Baş naziri Netanyahu da müharibəni dayandırmır. İranla da bağlı hələki bir uğur əldə olunmayıb. Ona görə də Tramp bir yerdə sülh prosesinin bitməsini istəyir ki, bu da Qarabağ ola bilər. Əgər belə bir sülh prossesi baş verərsə, mümkündür ki, Tramp Azərbaycana səfər etsin”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://axar.az
archiveBu xəbər 31 May 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see653

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see324

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see313

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see306

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see303

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see301

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see286

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see274

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see269

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see260

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see251

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see245

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see237

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see237

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see237

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see234

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see233

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see231

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see229

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri