Tramp: Təhlükə olarsa, sərt davranacağıq
Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp Los-Ancelesdə İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən saxlanılan qeyri-qanuni mühacirlərə dəstək məqsədilə keçirilən üç günlük etiraz aksiyalarına münasibət bildirib.
Sfera.az türk mediasına istinadən xəbər verir ki, Tramp etirazları “iğtişaş” adlandıraraq, asayişin təmin olunması üçün bölgəyə Milli Qvardiya qoşunlarının göndərildiyini açıqlayıb.
Prezident əlavə edib ki, vəziyyət gərgin olaraq qalarsa, əlavə hərbi qüvvələrin də yerləşdirilməsi mümkündür:
“Düşünürəm ki, bu, iğtişaş idi və çox pis idi. Əgər ölkəmizə və vətəndaşlarımıza təhlükə görsək, sabitliyi qorumaqda çox sərt olacağıq. Qanunun və asayişin qorunduğundan əmin olmalıyıq”.
Tramp, eyni zamanda Kaliforniya və Los-Anceles əyalətlərindəki Demokrat rəhbərliyi tənqid edərək, bu cür hadisələrin davam etməsinə icazə verilməyəcəyini vurğulayıb.
Fidan Hacızadə
Sfera.az


