Tramp Türkiyəyə belə gələcək: detallar üzə çıxdı VİDEO
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp Ankarada keçiriləcək 36-cı NATO Liderlər Zirvəsinə çoxsaylı nümayəndə heyəti ilə gələcək.
Turkustan.az xəbər verir ki, Trampın heyətində təxminən 1000 nəfərin yer alacağı gözlənilir.
Nümayəndə heyətinin əhəmiyyətli hissəsi zirvədən əvvəl Ankaraya çatacaq.
İlk olaraq logistika və təhlükəsizlik üzrə qruplar burada hazırlıq işlərinə başlayacaqlar.
“Tramp NATO zirvəsinə Qətərin hədiyyə etdiyi, yeni “Boeing 747-8” təyyarəsi – “Air Force One” ilə gələcək. Təyyarə bu yaxınlarda ABŞ Hərbi Hava Qüvvələri tərəfindən prezident standartlarına uyğun şəkildə yenidən təchiz olunub.
Prezidentin təyyarədəki heyətinə Ağ Evin aparat rəhbərliyi, milli təhlükəsizlik müşaviri, mətbuat katibi, nitq yazan qrup, Gizli Xidmət əməkdaşları, eləcə də ABŞ-ın hava və dəniz qüvvələrinin şəxsi heyəti daxil olacaq”, – deyə Türkiyə mediasında yazılıb.
Qətərin Trampa hədiyyə etdiyi bu “Boeing 747-8” təyyarəsinin dəyərinin təxminən 500 milyon dollar olduğu bildirilir.
/Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 02 İyul 2026 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















