Icma.az
close
up
RU
Tramp üçün iki sınaq: Ukrayna və Cənubi Qafqaz

Tramp üçün iki sınaq: Ukrayna və Cənubi Qafqaz

Icma.az bildirir, Reyting.az portalına istinadən.


Barak Obama, Teodor Ruzvelt, Vudro Vilson və Cimmi Karter... Amma çox aydın görünür ki, Donald Tramp onları üstələyərək Nobel Sülh Mükafatına can atır.
Reyting.az
xəbər verir ki, bu barədə “Eurasia.net” yazıb.
Təhlildə qeyd olunur ki, ABŞ prezidenti Donald Tramp son bir neçə həftə ərzində sülhməramlı qismində hücuma keçib:
O, təkcə Rusiyanın Ukraynaya qarşı əsassız müharibəsinə son qoymağa çalışan hərəkətverici qüvvə deyil, həm də, Qafqazda Ermənistan və Azərbaycan arasında təxminən 40 ildir davam edən münaqişənin nizamlanması üçün atılan səylərin mərkəzindədir. Hər iki halda uğura əminlik yoxdur.
ABŞ prezidenti avqustun 18-də Avropa liderləri ilə birlikdə Ağ evdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdü. Görüş avqustun 15-də Alyaskada Rusiya lideri Vladimir Putinlə Trampın danışıqlarından sonra keçirilir. ABŞ prezidenti sülh danışıqlarına müqəddimə kimi dərhal atəşkəs yaratma çağırışından imtina edərək, yanaşmasını rusiyalı həmkarı ilə eyniləşdirir.
Ekspertlər Alyaskadakı toplantını Putin üçün açıq-aşkar “qələbə” tək qiymətləndirib. Ancaq Alyaskada Rusiya liderinin Ukraynanın istənilən sülh nizamlanmasının bir hissəsi kimi ABŞ və Avropadan təhlükəsizlik zəmanəti versə də, bu, sonda olmaya bilər.
Tramp, həmçinin təhlükəsizlik zəmanətinin verilməsində ABŞ-nın iştirakına ehtiyac olduğunu etiraf edib. Nəhayət, bu, Alyaska sammitinin nəticələrini və ümumilikdə sülh prosesi üçün müəyyənedici amil olacaq.
Avropa İttifaqının (Aİ) Alyaska görüşündən sonra verilən bəyanatında vurğulanıb ki, Ukrayna “polad kimi möhkəm” təhlükəsizlik öhdəliyi almalıdır.
"Könüllülər koalisiyası fəal rol oynamağa hazırdır. Ukraynanın silahlı qüvvələrinə və ya üçüncü ölkələrlə əməkdaşlığına heç bir məhdudiyyət qoyulmamalıdır. Rusiyanın Ukraynanın Aİ və NATO-ya gedən yoluna veto hüququ ola bilməz",- bəyanatda deyilir.
ABŞ-nın Sülh Missiyaları üzrə xüsusi elçisi Stive Uitkoff avqustun 17-də deyib ki, Ukrayna sonda NATO-nun 5-ci maddəsinə bənzər təminat ala bilər və bu zəmanətə əsasən, ölkəyə yeni hücum potensial olaraq bütün NATO üzvlərinin Kiyevin müdafiəsinə qalxmasını tələb edəcək.
Ukrayna çox güman ki, belə bir zəmanəti alqışlasa da, bu, Kiyevin NATO-ya üzv olmaq istəyinin əsas hərəkətverici qüvvəsi olduğundan Zelenski üçün hələ də hər hansı razılaşma riskləri var. Açıq sual budur: ABŞ və Avropa təhlükəsizlik öhdəliklərini yerinə yetirməkdə nə dərəcədə qərarlıdır?
Ukrayna üçün təhlükəsizlik zəmanəti ilə razılaşan Putin 1994-cü ildə ABŞ, Rusiya və Avropa güclərinin Kiyevin nüvə silahından imtina etməsi müqabilində Ukraynaya təhlükəsizlik zəmanəti verən Budapeşt Memorandumunun təcrübəsini xatırladaraq, uzun oyun oynaya bilər. 2014-cü ildə Rusiya Krımı işğal etməklə memorandumun müddəalarını pozdu. Obama administrasiyası Avropa dövlətləri ilə birlikdə Rusiyanın təcavüzünə cavab olaraq heç nə etmədi.
Rusiya, həmçinin Trampın Qafqaz üzrə müvəqqəti sülh planına əsas maneədir, onun mərkəzi komponenti Azərbaycanı Naxçıvan anklavı ilə birləşdirən, Ermənistan ərazisindən tranzit dəhlizinin yaradılması və əməliyyatların ABŞ qurumlarının idarə etməsidir. “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) adlandırılan dəhlizin əməliyyat detalları hələ də işlənməlidir.
Kreml və İran ABŞ-nın idarə etdiyi dəhliz konsepsiyasına şübhə ilə yanaşırlar. Bir çox rusiyalı ekspertlər TRIPP-i Moskva üçün potensial geosiyasi fəlakət kimi qiymətləndirirlər.
Politoloq Semyon Bağdasarov Rusiyanın “Military Affairs” nəşrində dərc olunan təhlilində sonda Ermənistanda Amerika hərbi bazasının yaradılacağını, İrəvanın isə bu ölkədə mövcud olan Rusiya bazasını qapadacağını proqnozlaşdırıb.
"Rusiya sərhədləri yaxınlığında güclü Amerika-Türkiyə körpüsü peyda olur. Bu, çox perspektivsiz ssenaridir",- Bağdasarov bildirib.
O xəbərdarlıq edib ki, TRIPP Ermənistanda Ukraynadan da pis olan hərbi qarşıdurmaya səbəb ola bilər.
Rus millətçi ideoloqu Aleksandr Dugin Trampın sülh təşəbbüsünü “alçaldılma” və Rusiyanın milli kimliyinə ekzistensial təhlükə adlandırıb.
Duqin avqustun 8-də Tramp, Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan lideri İlham Əliyevin imzaladığı birgə bəyannaməyə istinad edərək deyib:
“Bu ağrı, bu təhqir hər birimizə, hər bir rusiyalıya vurulan şillə kimi qəbul edilməlidir. Əgər bunu uğursuzluq kimi görməsək, bu ağrını hiss etməsək, insan olmaqdan, suveren dövlət-sivilizasiyadan çıxacağıq”.
Ermənistan Rusiya və İran rəsmilərini sakitləşdirmək üçün diplomatik cazibədarlığa əl atıb və qarışıq nəticələr əldə edib. Rusiya ehtiyatlı olaraq qalır, lakin İrəvan, görünür, İranın bəzi narahatlıqlarını sakitləşdirməyə müvəffəq olub.
İranın TRIPP ilə bağlı əsas narahatlığı onun Tehranın vacib və gəlirli Şimal-Cənub ticarətini pozacağı və dəhlizin ABŞ tərəfindən potensial olaraq hərbi məqsədlər üçün istifadə oluna biləcəyidir.
IRNA-da dərc olunan müsahibəsində Ermənistan Xarici işlər nazirinin müavini Vahan Kostanyan TRIPP-in Tehran üçün iqtisadi cəhətdən faydalı olacağını iddia edərək, “bu, Ermənistan və İran arasında dəmir yolu əməkdaşlığı üçün yeni qapılar açacaq”,- deyib və əlavə edib ki, o, İran mallarının Qara dənizə çıxışını genişləndirəcək.
Prezident Məsud Pezeşkian TRIPP əsaslı danışıqlar üçün avqustun 18-də İrəvana gedib. Xarici işlər naziri Abbas Əraqçi yola düşməzdən əvvəl “Armenpress” xəbər agentliyində prezidentin səfərini “qarşılıqlı münasibətlərdə yeni üfüqlər açmaq üçün ortaq öhdəliyimizin təsdiqi” kimi xarakterizə edib.
İran rəsmiləri mövcud ticarət modellərinin pozulmayacağını daha rahat hiss etsələr də, Tehran ABŞ-nın regionda yaxınlaşan mövcudluğuna ehtiyatlı yanaşır. Avqustun 15-də Əraqçi qeyd edib ki, Tehran “regional geosiyasi sabitliyin və öz milli maraqlarının qorunmasına xüsusi diqqət yetirir” və bu, ABŞ-nın regionda təsirini minimuma endirmək kodudur.
İran və Rusiya rəsmiləri TRIPP üzrə mövqelərini qeyri-müəyyən nəticələrlə uyğunlaşdırmaq məqsədilə danışıqlar aparıblar, çünki hər bir dövlət hələ də öz mövqeyini formalaşdırır.
Tramp çox güman ki, prosesdə və Rusiya və İranın potensial müxalifətinin öhdəsindən gəlməkdə yaxından iştirak edəcək. Avqustun 12-də Rusiya və ya İranın TRIPP-ə mane olmaq üçün potensial səyləri barədə şərh verməsi xahiş olunduqda, Dövlət Departamentinin sözçüsü Tammy Bryus ABŞ-nın konkret variantlarını açıqlamaqdan imtina etdi, lakin vurğuladı ki, "dünya prezident Trampı ciddi qəbul edir. Bu razılaşma onun üçün vacibdir".
Y. QACAR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:369
embedMənbə:https://reyting.az
archiveBu xəbər 19 Avqust 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see452

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see280

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see278

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see265

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see257

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see251

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see250

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see235

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see233

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see221

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see220

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see220

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see218

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see218

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see217

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see211

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see207

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see201

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri