“Tramp Ukraynada müharibəni bitirməyi planlaşdırır”
Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“ABŞ prezidenti Donald Trampın administrasiyası bir neçə ildən sonra münaqişənin yenidən başlamaması üçün Ukraynada müharibəni bitirməyi planlaşdırır”.
Missiya.Az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio “CBS” telekanalına müsahibəsi zamanı məlumat verib.
“ABŞ-nin siyasəti Ukraynada müharibəyə son qoymaqdır və biz buna nail olmaq üçün mümkün olan hər şeyi etmək istəyirik”, - deyə diplomat vurğulayıb.
Onun sözlərinə görə, Tramp administrasiyası bu müharibənin stabil şəkildə başa çatması üçün səy göstərəcək.
“Yəni, biz sadəcə olaraq müharibənin bitməsini və iki, üç və ya dörd ildən sonra bərpa olunmasını istəmirik”, - deyə siyasətçi əlavə edib.
“Rusiya Federasiyasının başlatdığı bu müharibə uzun sürən, qanlı və dağıdıcı müharibəyə çevrildi. Bu münaqişə həm Rusiyaya, həm də Ukraynaya böyük itkilər verir, lakin ən böyük bədəli, xüsusən də dağıdılmasına görə Ukrayna ödəyir”, - deyə Rubio bildirib.
O qeyd edib ki, Tramp dünyada sülhü təşviq etmək və müharibələrə son qoymaq istəyir.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 22 Yanvar 2025 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















