Icma.az
close
up
RU
Tramp Ukraynanı buna görə qurban verir Gizli hədəf superölkəyə zərbədir

Tramp Ukraynanı buna görə qurban verir Gizli hədəf superölkəyə zərbədir

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə yaxınlaşması, Ukraynaya təzyiq göstərməsi fərqli rakurslardan dəyərləndirilir. Yerli və beynəlxalq təhlilçilərin fikrincə, ABŞ Ukraynanı sıxışdırmaqla Rusiyanı Çindən ayırır, iki supergücün müttəfiqliyini pozur.

Bu, nə qədər tutarlı yanaşmadır? Rusiya nəyin müqabilində Çin kimi nəhəng müttəfiqdən uzaqlaşa bilər?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, ABŞ rəsmiləri Moskva ilə əlaqələrin artırılmasını Rusiya və Çin arasında nifaq yaratmaq, nüvə rəqibi ilə münasibətləri düzəltmək və saysız-hesabsız insanın ölümünə səbəb olan münaqişəyə son qoymaq üçün cəsarətli cəhd kimi təsvir edirlər:

“Ər-Riyaddakı danışıqlarda Ukrayna ilə bağlı konkret təkliflər yoxdur. ABŞ və Rusiyanın sülh planı atəşkəs, Ukraynada seçkilər və daha sonra yekun razılaşmanı əhatə edən üçfazalı prosesi əks etdirir. Rusiyanın Ukraynada seçkilərin keçirilməsini istəməsinin əsas səbəblərindən biri Ukrayna Prezidenti Volodimir Zelenskiyə legitimliyini şübhə altına alaraq təzyiq göstərməkdir. Rusiyanın Ər-Riyad görüşündə gündəmə gətirdiyi məsələlərdən biri də sülh danışıqları ilə paralel olaraq iqtisadi sanksiyaların ləğvi və dondurulmuş Rusiya aktivlərinin sərbəst buraxılması olub. İlk iclasda belə bir tələbin səsləndirilməsi Rusiyanın bu müharibəyə görə iqtisadi çətinliklərlə üzləşdiyini göstərir.

Birləşmiş Ştatlar belə qənaətə gəlib ki, Trampın rəhbərliyi altında Ukraynada hərbi əməliyyatlar davam edə bilməz. Rusiya üçün belə bir sülh NATO-nun məğlubiyyəti demək olardı. Kremli razı salmağın əsas yolu ona qələbə hissi verməkdir ki, bu da sülhü Rusiya üçün məqbul edəcək. Çünki Rusiya əldə etdiyi sülhü öz xalqına qələbə kimi əks etdirə biləcək. Əgər sülh əldə olunarsa, dünyanın əksər hissəsi Rusiyanı qalib kimi qəbul edəcək. Rusiya üçün Kiyevin ərazisinin 20 faizinə nəzarəti ələ keçirməsini nəzərdə tutan razılaşma məqbul görünür. Rusiyanın yeni dünya nizamının səbəbi kimi göstərdiyi NATO-nun genişlənməsi yəqin ki, hələlik bitib. Demək olar ki, Rusiya belə uzunmüddətli münaqişəyə hazır deyildi və bunun üçün ağır iqtisadi bədəl ödədi”.

Züriyə Qarayeva

Ekspert deyib ki, Ukraynanın bundan sonra edə biləcəyi şey sülh masasında mümkün olan ən yaxşı nəticəyə nail olmaqdır:

“Bu səbəbdən Ukraynanın Türkiyə, Fransa, İngiltərə kimi dövlətləri sülh masasına oturtmaqla dəstəyini almağa çalışdığını söyləyə bilərik. Ukrayna özünü Rusiya “təhlükəsindən” qorumaq üçün təhlükəsizlik zəmanəti istəyir. Rusiya isə Ukraynanın neytrallığının təmin olunmasını tələb edir. Bu məqamda razılaşma həm ABŞ, həm də Rusiya üçün kifayət qədər siyasi və iqtisadi gəlirlər verəcəkdi.

Avropa və Kiyevin dəvət olunmadığı Ər-Riyad görüşü beynəlxalq münasibətlərdə yeni eranın başlanğıcını göstərir. Avropa liderləri Paris görüşündə vahid Avropa strategiyasının zəruriliyindən başqa heç bir konkret addım elan etmədilər. Hələ ki onların Ukrayna ilə bağlı planları yoxdur. Dünya dönməz şəkildə çoxqütblülük dövrünə qədəm qoyur. Çin və Rusiyanın gözlənilməz yüksəlişi ABŞ-ın liderlik mövqeyini şübhə altına alır. Bu mənada Tramp-Putin görüşü Çin, İran və bütün Yaxın Şərqə təsir edə bilər. Bir sözlə, mümkün sülh yalnız Ukrayna ilə məhdudlaşmayacaq”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Fevral 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri