“Tramp Ukraynanı sona qədər dəstəkləyəcək”
Missiya.az saytına istinadən Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ dövlət başçısı Donald Trampdan ölkəsinə dəstək barədə müsbət siqnallar aldığını açıqlayıb.
Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna lideri “Fox News”a müsahibəsi zamanı məlumat verib.
"Ağ Ev rəhbəri Ukraynanı sona qədər dəstəkləmək istədiyini göstərdi. Ona görə də indi biz bu müharibəni mümkün qədər tez bitirməyə hazırıq. O da, mən də və xalqımız da bunu istəyir", - deyə siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, Tramp başa düşür ki, Rusiya Prezidenti Vladimir Putinin müharibəni bitirmək niyyəti yoxdur. O, hər kəsi qələbəsinə inandırır, baxmayaraq ki, əslində qalib gəlməyəcək.
Ukrayna lideri Vaşinqtonun davamlı dəstəyinə arxalandığını bildirib.
Zelenski qeyd edib ki, Ukrayna üçün ABŞ-nin gələcəkdə də strateji tərəfdaş olaraq qalması vacibdir.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 24 Sentyabr 2025 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















