Tramp Vaşinqton polisini federal nəzarətə götürdü, Milli Qvardiya şəhərə göndərildi
Operativ MM saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp Vaşinqton polisinin müvəqqəti olaraq federal nəzarətə keçdiyini və cinayətkarlıqla mübarizə məqsədilə şəhərə Milli Qvardiya qüvvələrinin göndərildiyini elan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib.
“Mən Milli Qvardiyanı Vaşinqtona qanun, asayiş və ictimai təhlükəsizliyi bərpa etmək üçün yerləşdirirəm və onlara işlərini lazımınca görməyə icazə veriləcək”, – deyə prezident vurğulayıb.
Tramp Kolumbiya Dairəsinin Ev Qaydaları Qanunundan istifadə edərək paytaxt polisinin birbaşa federal nəzarətə keçdiyini açıqlayıb. Qanuna görə, prezident fövqəladə hallarda 48 saat müddətinə şəhər polisini nəzarətə götürə bilər, lakin Konqresin müvafiq komitələrinə məlumat verməklə bu müddəti uzatmaq mümkündür. Federal nəzarət bir ay davam edəcək.
Prezident həmçinin Çikaqo və Nyu-Yorkda da oxşar tədbirlər görməyin mümkün olduğunu istisna etməyib. Onun sözlərinə görə, paytaxt “zorakı dəstələr, qaniçən cinayətkarlar, narkotik aludəçiləri və evsiz insanlar tərəfindən ələ keçirilib” və buna dözmək niyyətində deyillər.
Tramp əlavə edib ki, zərurət yaranarsa, Pentaqon rayona yalnız Milli Qvardiya deyil, digər hərbçiləri də göndərməyə hazırdır, lakin bu addımın tələb olunacağına inanmadığını qeyd edib.
O, hazırda əsas diqqətini Ukrayna münaqişəsinin müzakirəsinə yönəltmək istədiyini, bu məqsədlə cümə günü Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini bildirib.
Bundan əvvəl Trampın Vaşinqtonda minədək Milli Qvardiya əsgərinin yerləşdirilməsi variantını nəzərdən keçirdiyi məlum olmuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 12 Avqust 2025 09:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















