Icma.az
close
up
RU
Tramp və Mask arasında GƏRGİNLİK: Müttəfiqlər düşmənə ÇEVRİLİR

Tramp və Mask arasında GƏRGİNLİK: Müttəfiqlər düşmənə ÇEVRİLİR

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ prezidenti Donald Tramp ilə milyarder İlon Mask arasında münasibətlər gərginləşib.

Yenisabah.az xəbər verir ki, "The Wall Street Journal"ın mənbələrə istinadən yazdığına görə, iki nüfuzlu şəxs arasındakı gərginlik Ağ Evin Maskın müttəfiqinin NASA rəhbəri postuna namizədliyini geri çəkməsindən sonra daha da artıb.

Qəzet qeyd edir ki, Tramp Maskın onun genişmiqyaslı vergi və xərclər qanun layihəsinə (One Big Beautiful Bill – "Böyük Gözəl Qanun Layihəsi") yönəlik tənqidlərinə görə səbirini itirir. Nəşrə danışan mənbə bildirib ki, prezident iş adamı ilə sıx əməkdaşlığa baxmayaraq, onun sərt bəyanatlarının səbəbini anlaya bilməyib. Trampın baş müşavirləri də Maskın qanun layihəsi ilə bağlı son açıqlamalarından sonra çaşqınlıq içində qalıblar.

Öz növbəsində, Mask Trampın milyarder Cared Ayzekmanı NASA rəhbəri təyin etməməsindən narazıdır. WSJ-nin mənbələrinin sözlərinə görə, Mask yaxın çevrəsinə Trampın seçki kampaniyasına yüz milyonlarla dollar ianə etdiyini, amma buna baxmayaraq belə bir addım atıldığını deyərək şikayətlənib. Qəzetə danışan mənbələr bildiriblər ki, NASA rəhbərliyi ilə bağlı yaşanan bu hadisə Maskı dərin məyusluğa uğradıb və məhz bu səbəbdən o, Trampın vergi qanun layihəsini bu qədər sərt tənqid etməyə başlayıb.

Tramp və Maskın münasibətlərinin davam edib-etməyəcəyi ilə bağlı suala cavab verən Ağ Evdəki mənbə bildirib ki, bu barədə danışmaq hələ tezdir: "Prezident mərhəmətli ola bilər, amma belə inciklikləri unutmur".

"Axios"un yazdığına görə, Nümayəndələr Palatasının spikeri Mayk Conson Trampın Maskdan narazı olduğunu və "İlonun mövqeyini 180 dərəcə dəyişməsindən heyrətə gəldiyini" konqres üzvlərinə qapalı iclasda bildirib. Maskın tənqidlərindən sonra Respublikaçılar Partiyasında da onun ünvanına sərt ifadələr işlədilib.

Nümayəndələr Palatasının anonim qalmaq istəyən respublikaçı üzvlərindən biri milyarder haqqında belə deyib: "O, tam bir gülünc fiqurdur. Nə etdiyinin fərqində belə deyil".

Başqa bir konqresmen isə Maskın bəyanatlarına fikir vermədiyini, onun seçilmədiyini, sadəcə prezidentin istəyi ilə orada olduğunu bildirib. "Mən bilirdim ki, bu iki alfa-kişi arasında gec-tez qarşıdurma yaşanacaq", – deyə Palatanın daha bir üzvü qeyd edib.

Qeyd edək ki, Trampın iqtisadi qanun layihəsi onun seçkiqabağı vədlərinin həyata keçirilməsinə yönəlib. Sənəd 2017-ci ildə tətbiq olunan vergi güzəştlərini uzadır, çayevləri və artıq iş saatlarının vergiyə cəlb edilməsini ləğv edir, dövlət borcunun yuxarı həddini 4 trilyon dollara qədər artırır, avtomobil kreditlərinə görə faiz ödəmələrinə vergi güzəştləri təqdim edir və s. Bununla yanaşı, layihə Medicaid kimi sosial təminat proqramlarına ayrılan xərcləri azaldır. May ayında qanun layihəsi Nümayəndələr Palatası tərəfindən qəbul edilib və hazırda Senatda müzakirə olunur.

İlon Mask bu qanun layihəsini "dəhşətli və iyrənc bir rüsvayçılıq" adlandırıb. O, xəbərdarlıq edib ki, bu qanun layihəsi artıq mövcud olan nəhəng büdcə kəsirini 2,5 trilyon dollara çatdıracaq və Amerika vətəndaşlarını dözülməz bir borc yükü ilə üz-üzə qoyacaq./Musavat.com


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 05 İyun 2025 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see408

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see402

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see278

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see259

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see248

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see241

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see239

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see235

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see234

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see218

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see207

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see207

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see203

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see202

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see201

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see198

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see194

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see193

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri