Icma.az
close
up
RU
Tramp və Putin Zelenskini masaya oturtmaq istəyir: YENİ PLAN

Tramp və Putin Zelenskini masaya oturtmaq istəyir: YENİ PLAN

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenskinin hələ sülh sazişi bağlamağa hazır olmadığı barədə fikir bildirib. Eyni zamanda o əlavə edib ki, yaxın vaxtlarda “nəsə olacaq” və vəziyyət dəyişəcək.

Mövzu ilə bağlı fikirlərini Redaktor.az-a bildirən siyasi şərhçi Abutalıb Səmədov bildirdi ki, son aylar Ukrayna ətrafında baş verən prosesləri və Trampın bəyanatlarını ardıcıl izləyənlər onun bu son açıqlamasına ciddi yanaşmayacaqlar:

"Çünki o, müharibə ilə bağlı dəfələrlə bəyanatlar verib, müəyyən tarixlər göstərib, lakin həmin vaxt tamam olanda heç bir addım atmayıb. Məlumdur ki, Alyaskada Trampla Putin Ukrayna məsələsini əsasən razılaşdırıblar. Tramp açıq şəkildə bildirib ki, yalnız bir-iki məqam razılaşdırılmamış qalıb. Bu kontekstdə hər iki lider ortaq mövqedən çıxış edir və Zelenskini sülh razılaşmasını imzalamağa məcbur etməyə çalışırlar. Razılaşdırılmış məqamlar hansılardır? Əvvəla, Ukrayna neytral statusa malik olmalı, NATO-ya üzv qəbul edilməməli və qeyri-nüvə dövləti kimi qalmalıdır. Bu məsələdə Tramp və Putinin mövqeyi üst-üstə düşür.

Bundan əlavə, Tramp ərazi mübadiləsini təklif edir. Bu ideyanın əsas konturlarını isə Putin açıqlayıb. Ukrayna Donetsk və Luqansk vilayətlərini inzibati sərhədləri çərçivəsində Rusiyaya verməlidir. Zaporoji və Xerson ətrafında isə təmas xəttinə əsaslanan sərhəd müəyyənləşdirilməlidir. Əvvəllər Rusiya bu iki vilayətin də tam şəkildə təhvil verilməsini tələb edirdi. İndi isə guya geri çəkilərək həmin ərazilərin bir hissəsindən imtina etdiyini bildirir. Əvəzində Rusiya Dnepropetrovsk, Sumı və Xarkovda nəzarətində saxladığı bölgələri Ukraynaya qaytara biləcəyini deyir. Lakin bu ərazilərin dəqiq həcmi danışıqlar zamanı müəyyən olunmalıdır".

Müsahibimiz əlavə etdi ki, Moskvanın əlavə tələbləri də qalır:

"Rus dilinin rəsmi status alması, kilsə ilə bağlı məsələlər və başqa şərtlər gündəmdədir. Bəs hansı tələblərdən imtina olunub? Bu barədə dəqiq məlumat yoxdur. Zamanında əsas istəklərdən biri Ukrayna ordusunun güclü olmaması idi. İndi Rusiya bu mövqeyindən geri çəkilə bilər. Yəni, bu tələbini yumşaltması mümkündür. Təhlükəsizlik təminatları ilə bağlı da müəyyən güzəştlərin edilməsi ehtimalı var. Amma bir şey dəqiqdir: Tramp və Putin eyni mövqedən çıxış edir və məqsədləri Zelenskini sülhə razı salmaqdır. Trampın Rusiyaya və Putinə qarşı sərt addımlar atmaq niyyəti yoxdur. O, əsasən mənasız bəyanatlarla çıxış edir. Lakin Alyaska görüşü artıq reallıqdır və təəssüf ki, həmin görüşdə razılaşdırılan məsələlər Ukraynanın maraqlarına uyğun deyil".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Sentyabr 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri