Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Tramp və Zelenski arasında UĞURSUZ GÖRÜŞ

Tramp və Zelenski arasında UĞURSUZ GÖRÜŞ

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

“Dünən ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna lideri Volodimir Zelenski arasında keçirilən görüşün nəticəsiz başa çatması gözlənilən idi”.

Bu sözləri AĞ Partiya başqanının birinci müavini, politoloq Əhəd Məmmədli “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, görüşdə ciddi irəliləyiş əldə olunmadı: “Gözlənildiyi kimi, Zelenski Ukraynanın hansısa ərazisindən imtina etmədi. Buna görə də ərazi mübadiləsi məsələsində razılıq əldə olunmadı.

Rusiya isə Ukraynanın Donetsk və Luqanskdan tamamilə çıxmasını, Xerson və Zaporejyedə isə mövcud vəziyyətin dondurulmasını istəyir. Kreml sadəcə 1 faiz işğal etdiyi ərazilərdən çıxmağa razılıq verir. Təbii ki, Zelenski buna razılıq verə bilməz”. 

Ekspert qeyd edib ki, Rusiya ilə Ukrayna arasında yaxın perspektivdə atəşkəsin əldə edilmə ehtimalı aşağıdır: “Faktiki olaraq, hazırda müharibə davam edir. Dünənki görüşdə də müharibənin dayanması istiqamətində hansısa razılıq əldə olunmadı. Ümumiyyətlə, Rusiya Prezidenti Vladimir Putinin tələbləri qəbul olunacaq səviyyədə deyil. Zelenski haqlı olaraq müqavimət göstərir. Onun müqaviməti həm də Ukrayna xalqının müqavimətidir. Zelenski görür ki, xalqı kapitulyasiyaya getmək istəmir.

O da lider kimi xalqa arxalanır və işğalçının tələblərini qəbul etmir. Ona görə də yaxın perspektivdə iki ölkə arasında atəşkəsə nail olunacağını zənn etmirəm. Müharibənin davam edəcəyini düşünürəm. Rusiya Ukrayna müdafiəsini yarmağa çalışacaq, Ukrayna isə qarşı tərəfə zərbələr endirməklə, cəbhədəki vəziyyəti minimum səviyyədə dəyişməyə çalışacaq”. 

Lakin politoloq hesab edir ki, qısa zamanda Donald Tramp, Vladimir Putin və Volodimir Zelenski arasında görüş keçirilə bilər: “Məncə, yaxın müddətdə belə bir üçtərəfli görüş mümkündür. Ancaq həmin görüşün uğurlu olacağına inanmıram. Lakin Tramp onu da böyük irəliləyiş və özünün uğuru kimi təqdim edəcək.

Hərçənd ki, Tramp-Putin-Zelenski görüşündə hansısa razılığa gəlmək ehtimalı çox aşağıdır. Onsuz da nə vaxtsa görüşməlidirlər. Düşünürəm ki, bu görüş Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Qətər kimi ölkələrin birində keçirilə bilər. Ümumiyyətlə, görüşün məkanı ABŞ-nin istəyi ilə müəyyən olunacaq”. 

Elmir Mustafa

“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Avqust 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see655

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see523

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see472

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see345

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see326

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see301

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see278

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see264

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see252

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see243

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see222

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see221

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see218

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see218

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see206

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see205

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see200

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see185

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see175

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri