Icma.az
close
up
RU
Tramp yenə öz AMPLUASINDA Rusiya işğalına belə HAQQ QAZANDIRDI

Tramp yenə öz AMPLUASINDA Rusiya işğalına belə HAQQ QAZANDIRDI

Icma.az, Yenicag portalına istinadən məlumat yayır.

“ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Volodimir Zelenski ilə baş tutan görüşündən sonra verdiyi müxtəlif açıqlamalar fərqli xarakterlər daşıyır”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Millət vəkili ötən həftə Ağ Evin Oval ofisində baş tutan Tramp-Zelenski görüşündən sonra ABŞ liderinin Rusiya işğalını ölkəsinin miqrantlar tərəfindən işğal olunması eyniləşdirməsini şərh edib.

Xatırladaq ki, Tramp özünün “X” hesabında deyib:

“Biz Putin haqqında narahat olmaqdansa, miqrant qrupları, narkobaronlar, qatillər və ölkəmizə daxil olan psixiatriya müəssisələrindən olan insanlarla bağlı narahat olmağa daha çox vaxt sərf etməliyik ki, sonumuz Avropa kimi olmasın!”

Onun yanaşmasına münasibət bildirən H. Babaoğluya görə isə Trampın fikirlərindən bəziləri psixoloji baxımdan özünümüdafiə xarakteri daşıyır:

“Digər bir qismi isə baş vermiş hadisənin onun imicini zədələmək qorxusu ilə instinktiv olaraq müdafiə olunmasına yönəlib. Tramp məlum açıqlamasında miqrantların, narkobaronların və qatillərin ABŞ-yə daxil olmasını öz ölkəsinin işğalı kimi qiymətləndirərək, Rusiyanın Ukraynanı işğal etməsini bu vəziyyətlə eyniləşdirir. Lakin mənə elə gəlir ki, hərbi-siyasi yolla edilən işğal ilə miqrantlar və narkobaronların “işğalı”nın eyniləşdirilməsi nə hüquqi, nə də real hərbi, siyasi və strateji baxımdan düzgün deyil. Miqrasiya liberal dəyərlərin gətirdiyi və insan hüquqları çərçivəsində baş verən bir hadisədir. Hansı ölkə miqrantlarla mübarizə apara bilmirsə, bu onun hüquq sisteminin zəifliyini göstərir. Eyni zamanda, narkotiklərə qarşı effektiv mübarizə apara bilməyən bir ölkə də müvafiq qurumlarının zəifliyini nümayiş etdirir”.

“Liberal dəyərlər isə İkinci Dünya müharibəsindən sonra müasir beynəlxalq münasibətlərin paradiqmasını təşkil edən dəyərlərdir. Bu dəyərlər qarşılıqlı inteqrasiyanı və qarşılıqlı asılılığı təmin edir. Təcrübə göstərir ki, bu olmadan inkişaf mümkün olmazdı. Bu mənada, Avropanın miqrant işğalına məruz qalması, əlbəttə, ABŞ prezidentinin subyektiv fikridir. Lakin biz bilirik ki, miqrantların Avropaya yerləşməsinin obyektiv səbəbləri mövcuddur. Onlar işçi qüvvəsi kimi gəlirlər, vətəndaşlıq almaq üçün müxtəlif hüquqi vasitələrdən istifadə edirlər və s. Buna görə də bu iki məsələni müqayisə edərək, ikincisinin daha pis olduğunu ifadə etmək, mənə elə gəlir ki, yalnız subyektiv bir mövqe kimi qəbul oluna bilər. Həmçinin burada Avropaya qarşı bir amiranə yanaşma da mövcuddur və bunun səbəblərini ən yaxşı avropalılar və Tramp bilirlər”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 03 Mart 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri