Tramp yeni ticarət müharibəsinə başlayır Tarix açıqlandı!
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Vaşinqton yenidən gömrük rüsumlarını işə salmaq istəyir.
ABŞ administrasiyası dekabrın 2-də bir sıra ölkələrə qarşı gömrük rüsumlarının artırıldığını elan etməyə hazırlaşır.
“Bakupost” xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, yeni rüsumlar Çin, Meksika, Avropa İttifaqı və ondan çox digər ölkədən idxal olunan məhsullara şamil ediləcək. Vaşinqton bu ölkələri yerli istehsalçılara subsidiyalar ayırmaqla ABŞ sənayesinə zərər vurmaqda ittiham edir.
Habelə gözlənilir ki, ABŞ-nin Ticarət Nümayəndəliyi 1974-cü il tarixli Ticarət Qanununun 301-ci maddəsi çərçivəsində apardığı araşdırmanı yekunlaşdıracaq. Sözügedən maddə Prezidentə ədalətsiz iqtisadi təcrübələrə qarşı mübarizə məqsədilə birtərəfli qaydada gömrük rüsumları tətbiq etmək səlahiyyəti verir.
Trampın bu addımı hansısa bir nəticə verəcəkmi?
Politoloq Əlimusa İbrahimov “Bakupost”a bildirib ki, Trampın bu addımı məyyən nəticələr doğuracaq, lakin bu nəticələrin əks effekt vermə ehtimalı da olduqca yüksəkdir:
“Belə ki, bu addım məyyən gömrük gəlirləri yarada və danışıqlarda təzyiq rolunu oynaya bilsə də, eyni zamanda ABŞ daxilində xərclərin artmasına, digər ölkələrin cavab tədbirləri görməsinə səbəb olacaq və "Amerika istehsalatını canlandırmaq" kimi qarşıya qoyulan məqsədə çatmağa imkan verməyəcək”.
Tarixi məlumatlar və tədqiqatlara əsasən ekspert qeyd edir ki, gömrük rüsumları ilə bağlı xərcləri əsasən Amerika müəssisələri və istehlakçıları öz üzərlərinə götürür:
“Tax Foundation" (Vergi Fondu) təşkilatının hesabatına əsasən, Tramp administrasiyasının 2026-cı ildə tətbiq etdiyi gömrük siyasəti orta statistik Amerika ailəsinin yaşayış xərclərini təxminən 1300 dollar artıracaq. İstehsalat sektoru bundan heç bir fayda görməyib. 2025-ci ilin aprelində “qarşılıqlı gömrük rüsumları" tətbiq edildikdən bəri ABŞ-nin istehsalat sektorunda 59 000 iş yeri itirilib, istehsalat PMI (Satınalma Menecerləri İndeksi) isə doqquz ay ardıcıl olaraq tənəzzül zonasında qalıb”.
Müsahibimiz deyir ki, Trampın bu addımını qarşı tərəf heç də sakitcə qarşılamayacaq:
“2025-ci ildəki gömrük mübahisəsi zamanı Avropa İttifaqı ABŞ məhsullarına qarşı 25 faiz həcmində cavab rüsumları tətbiq edib, Çin də müəyyən ABŞ mallarına tətbiq olunan rüsumları artırıb. İndiki halda da bu cür "qarşılıqlı zərbə" ssenarilərinin yenidən təkrarlanması ehtimalı yüksəkdir”.
Ekspertin sözlərinə görə, gömrük rüsumlarının ticarət kəsirini azaltmaqda real təsiri də şübhə doğurur:
“Yel Universitetinin alimi Stiven Rouçun apardığı tədqiqat göstərir ki, Çindən uzaqlaşdırılan ticarət axınlarının 70 faizindən çoxu istehsal xərcləri daha yüksək və ya oxşar olan ölkələrə yönəlib. Bu isə mahiyyət etibarilə "Amerika müəssisələri və istehlakçıları üçün vergi yükünün artırılması" deməkdir”.
Həmsöhbətimiz düşünür ki, bu rüsum siyasəti daha çox "düşmənə min zərbə vurarkən özünün də səkkiz yüz zərbə alması"na, hətta "özünə heç bir fayda vermədən başqalarına zərər vurmaq" prinsipinə bənzəyir:
“Bu addım ABŞ üçün müəyyən maliyyə gəlirləri və danışıqlar zamanı üstünlük yarada bilər, lakin bununla bağlı yaranan xərclər - ev təsərrüfatları üçün artan xərclər, istehsal sektorunda iş yerlərinin itirilməsi, ticarət tərəfdaşlarının cavab tədbirləri və bazardakı qeyri-sabitlik - əsasən elə ABŞ iqtisadiyyatının öz üzərinə düşəcək. "Rüsumlar vasitəsilə istehsal sektorunu canlandırmaq" hədəfi 2025-ci ilə aid məlumatlarla öz təsdiqini tapmayıb və eyni yanaşmanın təkrarı fərqli nəticələr verməyəcək”.
Rüfət Sultan,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 26 Noyabr 2026 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















