Tramp yeni “Victory 45/47” adlı ətir xəttini təqdim edib
Icma.az xəbər verir, Dogru.az saytına əsaslanaraq.
Doğru.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Victory 45/47” adlı yeni ətir xəttinin satışa çıxarıldığını elan edib.
Trampın sözlərinə görə, bu ad təsadüfi seçilməyib – ətir “qələbəni, gücü və uğuru” simvolizə edir.
Qeyd olunur ki, tualet suyu həm kişilər, həm də qadınlar üçün nəzərdə tutulub.
“Zövq alın, əylənin və qazanmağa davam edin!” – deyə Tramp məhsulun təqdimatı zamanı “Truth Social” sosial şəbəkəsində yazıb.
Xatırladaq ki, bu ilin aprel ayında Ağ Evin keçmiş rəhbərinin onlayn mağazasında “Trump 2028” loqolu yeni məhsullar da satışa çıxarılmışdı.
DOĞRU.AZ

Tramp özünün “Tramp Victory” adlı ətirini buraxıb
01 İyul 2025 07:20
FİFA prezidenti Donald Trampa 45/47 nömrəli bilet təqdim etdi
23 Avqust 2025 12:06
“Trump Victory” ətiri satışdadır
01 İyul 2025 08:13
Tramp özünü təkcə 45 və 47 ci deyil, həm də ABŞ ın 46 cı prezidenti adlandırıb
30 Sentyabr 2025 21:37

