Tramp yenidən hədəfdə? İsrail kəşfiyyatı İranın gizli planını üzə çıxardı
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsrail İranın Ağ Ev rəhbəri Donald Trampa qarşı sui-qəsd hazırlaya biləcəyi ilə bağlı ABŞ administrasiyasına kəşfiyyat məlumatları verib.
"AzPolitika" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) vəziyyətlə tanış olan mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, İsrail tərəfi Amerika hakimiyyətinə Tehranın ehtimal edilən planları barədə məlumat təqdim edib. Bununla belə, bu məlumatların nə vaxt və hansı kanallarla ötürüldüyü dəqiqləşdirilmir.
Qəzet qeyd edir ki, 2020-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsindən (3 yanvar 2020-ci il) sonra İran nümayəndələri Donald Trampdan qisas almaq niyyətlərini dəfələrlə bəyan ediblər.
Nəşrdə həmçinin xatırladılır ki, son bir il ərzində ABŞ-də Amerika liderinə qarşı bir neçə sui-qəsd cəhdinin qarşısı alınıb, lakin WSJ bu hadisələrin İranla əlaqəsinə dair sübut gətirmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:192
Bu xəbər 10 İyul 2026 08:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















