Tramp yenidən Netanyahunun əfv olunması üçün çağırış etdi
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Tramp İsrail Prezidenti İsxak Hersoqun İsrailin Baş naziri Benyamin Netanyahunu ona qarşı davam edən məhkəmə prosesi fonunda əfv etməyə çağırıb.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə İsrailin “Kan” dövlət televiziyasına verdiyi müsahibədə bildirib.
Tramp Netanyahunu müharibə dövrünün baş naziri adlandırıb.
Trampın sözərinə görə, o və Netanyahu olmasaydı İsrail mövcud olmazdı.
Tramp əlavə edib ki, İsrailin cəfəng şeylərə deyil, müharibəyə diqqət yetirən baş nazirə ehtiyacı var.
Qeyd edək ki, Benyamin Netanyahu çoxsaylı korrupsiya ittihamları ilə mühakimə olunur. Ancaq İsrail prezidenti İsxak Hersoqun onu əfv etmək planı yoxdur. “The New York Times” qəzetinin məlumatına görə, Hersoq bu siyasi cəhətdən həssas məsələnin həllində İsrail Baş nazirinin günahını boynuna almasını tələb etmək niyyətindədir. İsrail Ədliyyə Nazirliyi bildirir ki, Netanyahu törətdiyi cinayətləri etiraf etməsə və ya istefa verməsə, hazırda əfv üçün heç bir hüquqi əsas yoxdur.
Bu mövzuda digər xəbərlər:Tramp çağırış etmişdi: Netanyahunun məhkəmələri təxirə salındı
29 İyun 2025 23:03
Tramp İsrail prezidentindən Netanyahunun əfv olunmasını tələb etdi
06 Mart 2026 11:14
Tramp İsrail prezidentindən Netanyahunun əfv edilməsini istəyib
13 Oktyabr 2025 16:25
Netanyahunun əfv tələbinə Hersoqdan KONKRET
01 Dekabr 2025 18:28
Netanyahunun dərhal əfv olunmasını istədi
05 Mart 2026 22:03
Baxış sayı:123
Bu xəbər 04 May 2026 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















