Tramp: Yük maşınları İranın nüvə obyektindən heç nə çıxara bilməyib
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Yük maşınları Fordo obyektindən heç nə çıxara bilməyib".
Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"Ərazidəki avtomobillər və kiçik yük maşınları obyektin üst hissəsini doldurmağa çalışan betonlama işləri görənlərə məxsus idi. Ərazidən heç nə çıxarılmayıb. Bu, çox təhlükəli olardı və daşınması çətin olardı!", - Tramp qeyd edib.
Xatırladaq ki, daha əvvəl "The Washington Post" ABŞ-nin zərbələrindən iki gün öncə yeraltı kompleksə giriş yolunda 16 yük maşınını göstərən Fordo obyektinin peyk şəkillərini dərc edib. Ertəsi gün onların çoxu obyektdən təxminən bir kilometr uzaqlaşıb.
Bu mövzuda digər xəbərlər:Ağ ev: ABŞ kəşfiyyatı İranın nüvə obyektlərindən uranı çıxara bildiyinə dair məlumatlara malik deyil
26 İyun 2025 00:38
ABŞ İranın nüvə gücünü dağıda bilməyib? Kəşfiyyatdan açıqlama
26 İyun 2025 10:46
Tramp: İranın nüvə enerjisinə ehtiyacı yoxdur
17 May 2025 09:21
Tramp: İranın əlindən nüvə bombasını qopardıq
23 İyun 2025 00:12
İranın nüvə obyektləri tamamilə dağıdılıb! TRAMP
25 İyun 2025 07:44
Baxış sayı:163
Bu xəbər 26 İyun 2025 20:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















