Icma.az
close
up
RU
Tramp Zelenski gərginliyi: ABŞ nin yeni Ukrayna xətti və Kiyevin narahatlıqları

Tramp Zelenski gərginliyi: ABŞ nin yeni Ukrayna xətti və Kiyevin narahatlıqları

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trampın son açıqlaması Ukrayna ətrafında gedən diplomatik proseslərə yeni gərginlik qatdı.

Tramp bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski hələ də ABŞ administrasiyasının təqdim etdiyi sülh razılaşması layihəsini oxumayıb və bu, Vaşinqtonda ciddi narazılıq doğurub. Trampın fikirləri təkcə Kiyevin deyil, bütövlükdə Qərbin müharibə strategiyasının yenidən qiymətləndiriləcəyinə işarə kimi dəyərləndirilir. Ukraynanın planı niyə qəbul etmədiyi, mövcud vəziyyətin dəyişib-dəyişməyəcəyi və Tramp administrasiyasının hansı mesajı verdiyi suallar doğurur.

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, Trampın narazılığı ilk növbədə onun təqdim etdiyi sülh planına Kiyevin laqeyd yanaşması ilə bağlıdır. Onun sözlərinə görə, ABŞ administrasiyası müharibəni daha tez və daha az xərclə bitirməyin mümkün olduğunu düşünür və buna görə Ukraynadan konkret reaksiya gözləyir:

“Zelenskinin sənədlə tanış olmaması Vaşinqton üçün siyasi iradə çatışmazlığı kimi görünür. Tramp komandasına görə, Ukraynanın indiki vəziyyətində uzunmüddətli müqavimət strategiyası real nəticə vermir. Ona görə də Kiyevin planı ən azı müzakirəyə açması gözlənilirdi. Bu addım baş vermədiyi üçün Tramp açıq şəkildə məyusluğunu ifadə edib”.

Müsahibimiz bildirib ki, hazırkı mərhələdə Ukraynanın mövqeyində radikal dəyişiklik ehtimalı azdır. Politoloqa görə, Kiyev kompromisə getməyin daxildə siyasi gərginlik yaradacağından ehtiyat edir:

“Eyni zamanda Ukrayna hələ də Avropanın dəstəyinin davam edəcəyinə ümid edir və vaxt qazanmağa çalışır. Lakin döyüş meydanında vəziyyət ağırlaşdıqca və ABŞ-ın tələbləri artdıqca Kiyev daha realist davranmağa məcbur qala bilər. Xüsusilə maliyyə və silah dəstəyi azalarsa, sülh planına baxış dəyişə bilər. Bu, yaxın aylarda siyasi gündəliyin əsas mövzusu olacaq”.

Züriyə Qarayeva: Tramp administrasiyası Ukraynanın yardım asılılığını nəzərə alaraq daha sərt şərtlər irəli sürə bilər

Z.Qarayeva hesab edir ki, beynəlxalq müstəvidə Trampın fikirləri müəyyən ikili reaksiya doğuracaq. Onun dediyinə görə, bir qrup dövlət bunu Ukraynanı masaya oturtmaq cəhdi kimi görəcək. Digərləri isə ABŞ-nin qlobal liderlik iddiasının sərt şəkildə ifadəsi kimi dəyərləndirəcək. Avropa ölkələri açıq şəkildə narahatdır, çünki bu yanaşma onları daha çox məsuliyyət daşımağa məcbur edir. Trampın ritorikası həm də Qərbin Ukrayna siyasətində koordinasiya problemini üzə çıxarır. Nəticədə onun açıqlaması siyasi təzyiq elementi kimi qəbul ediləcək.

Bu vəziyyətin ABŞ-Ukrayna münasibətlərini necə dəyişə biləcəyinə gəlincə, həmsöhbətimiz qeyd edib ki, Ukraynanın planı oxumaması iki ölkə arasında psixoloji məsafəni bir qədər artırıb. Vaşinqton artıq Kiyevdən daha çevik və real vəziyyətə uyğun qərarlar gözləyir.

“Tramp administrasiyası Ukraynanın yardım asılılığını nəzərə alaraq daha sərt şərtlər irəli sürə bilər. Bu isə münasibətlərdə müəyyən gərginlik yaratmaq potensialına malikdir. Zelenski hökuməti balansı qorumağa çalışsa da, ABŞ-nin yeni yanaşması onu seçim qarşısında qoya bilər. Əgər Kiyev Vaşinqtonun siyasi mesajını düzgün oxumasa, münasibətlərdə yeni çətinliklər yarana bilər”, - deyə Züriyə Qarayeva qeyd edib.

Zülfü Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 Dekabr 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri