Icma.az
close
up
RU
“Zelenski qəhrəmandır“: ABŞ da minlərlə insan Ukraynanı dəstəkləmək üçün aksiyalara çıxıb

“Zelenski qəhrəmandır“: ABŞ da minlərlə insan Ukraynanı dəstəkləmək üçün aksiyalara çıxıb

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

"Heç kim Putinə səs verməyib!", "Nifrət Amerikaya böyüklük gətirməz!"...

ABŞ-da fevralın 28-də Donald Tramp və Vladimir Zelenski arasında yüksək gərginlikdə keçən və nadir metallar haqqında razılaşmanın imzalanmaması ilə nəticələnən görüşdən sonra genişmiqyaslı etirazlar başlayıb. Ertəsi gün, martın 1-də ölkənin müxtəlif regionlarından minlərlə insan küçələrə çıxaraq ABŞ prezidenti və vitse-prezidentinə etiraz edib.

Moderator.az xəbər verir ki, bu barədə "news.pn" nəşri yazıb.

Belə ki, Vermont ştatında Cey Di Vens əleyhinə və Ukraynanı dəstəkləyən aksiya keçirilib. Siyasətçi həmin vaxt orada, Şuqarbüş adlı dağ-xizək kurortunda həftəsonunu keçirməyi planlaşdırıb.Etiraz aksiyası haqqında WCAX və "The Boston Globe" kimi Amerika KİV-ləri yazır. Bildirilir ki, aksiya məhz Vensin ziyarət etməyi planlaşdırdığı Ueytsfild şəhərində baş tutub.

WCAX-ın məlumatına görə, keçən həftə Vensin səfəri ilə bağlı xəbərlər yayılarkən, Tramp administrasiyasının siyasəti ciddi narazılığa səbəb olub. Etirazları isə əsasən əvvəlki gün Ağ Evdə Zelenski və Vens arasında baş verən mübahisə qızışdırıb.

Təxminən 700 nəfər "Mad River Green" ticarət mərkəzi yaxınlığındakı 100 nömrəli magistral yolun kənarında düzülərək müxtəlif şüarlar yazılmış plakatlar qaldırıb:

"Vens, sən xainsən, get Rusiyada xizək sür!", "Zelenski qəhrəmandır!", "Nifrət Amerikaya böyüklük gətirməz!", "Heç kim Putinə səs verməyib!", "Vermont Ukraynanı dəstəkləyir!", "Beynəlxalq rüsvayçılıq" və s.

Eyni zamanda, yüzlərlə insan Nyu-Yorkda, Manhettendə yerləşən "Tesla" avtomobil diler mərkəzi qarşısında etiraz aksiyası keçirib. Mitinq iştirakçıları əllərində "Nasist" yazılmış İlon Maskın şəkilləri olan plakatlar tutaraq onun həbsini tələb edib və "Zelenski qəhrəmandır!" şüarını səsləndirib. Etirazçılar həmçinin Ukrayna bayraqları dalğalandırıb.

Nyu-Yorkun "Tayms-Skver" meydanında da Ukraynaya dəstək yürüşləri keçirilib. Xarici mətbuatın yazdığına görə, insanlar ailələri ilə birlikdə aksiyalara qoşulub.

Öz növbəsində İlon Mask Zelenskiyə qarşı sərt mövqe tutaraq onun "özünü Amerika xalqının gözündə məhv etdiyini" bildirib.

Zelenski Londona səfərindən sonra Daundinq-strit küçəsində izdihamlı qarşılanmasını əks etdirən görüntüləri sosial şəbəkələrdə yayımlayıb. Videoda Böyük Britaniya baş naziri Kir Starmerin Zelenskini qucaqladığı və küçələrdə onu alqışlayan insanların toplaşdığı görünür.

Martın 2-dəa isə Ukrayna prezidentini Böyük Britaniya Kralı III Çarlz qəbul edəcək. BBC telekanalı qeyd edib ki, bu görüş Britaniya hökumətinin təşəbbüsü ilə baş tutacaq.

Bu arada dünyanın bir sıra liderləri Zelenskini açıq şəkildə dəstəkləyib. Onların arasında Fransa prezidenti Emmanuel Makron və Polşa baş naziri Donald Tusk da var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Mart 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri