Icma.az
close
up
RU
Trampa qarşı SUİ QƏSD XƏBƏRDARLIĞI Kennedi ssenarisi TƏKRARLANA BİLƏR

Trampa qarşı SUİ QƏSD XƏBƏRDARLIĞI Kennedi ssenarisi TƏKRARLANA BİLƏR

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Son həftələrdə ABŞ iqtisadiyyatında ciddi geriləmələr müşahidə olunur. Amerika şirkətlərinin hissələri ciddi dəyər itirir.
Bazar ertəsi ABŞ-ın hər üç əsas birja indeksi kəskin şəkildə azalıb. Belə ki, investorlar Prezident Donald Trrampın ölkənin əsas ticarət tərəfdaşlarına tətbiq etdiyi tariflərin qeyri-müəyyənliyindən və onun ABŞ-da növbəti ayrlarda tənəzzül ehtimalını istisna etməməsindən narahatdır.
Dow Jones-un fişka səhmlərinin ortalama dəyəri 1 faizdən çox aşağı düşüb, S&P 500 indeksi isə 2 faiz düşüb, texnologiyaların ağırlıq təşkil etdiyi Nasdaq barometri isə 3 faiz azalıb. Trampın əsas məsləhətçisi olan milyarder İlon Maskın elektrik maşın şirkəti Teslanın səhmi 8 faizdən çox aşağı düşüb. Apple, Microsoft, Alphabet, Amazon, Nvidia və Meta Platforms kimi digər əsas texnologiya şirkətlərinin səhmləri də 2 faizdən çox aşağı düşüb.
Dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ iqtisadiyyatı artıq zəiflədiyinə dair bəzi siqnallar verir.
Belə ki, rəy sorğuları istehlakçılar tərəfindən pessimizmin artdığını göstərir. Atlanta Federal Ehtiyat Bankının topladığı real-vaxt göstəriciləri ABŞ iqtisadiyyatının artıq kiçildiyinə işarə edir.
Yaranmış bu vəziyyət  daxildə Trampla bağlı narazılığı artırır. Respublikaçıların senatda üstünlüyü fonunda onun impiçment ehtimalı mümkünsüzdür. Üstəlik, Trampa qarşı növbəti sui-qəsdin olacağı ilə bağlı iddialar da səslənir.
Belə vəziyyətdə Trampı Keneddinin aqibəti gözləyə bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov Trampa qarşı növbəti sui-qəsdlərin olması ehtimalını istisna etməyib:
“Amerika cəmiyyəti silahlanmış cəmiyyətdir. Burada aram, sakit insanlarla yanaşı, çılğın, aqressiv xarakterə malik insanlar da var. Bu ölkədə silah satışına qadağa yoxdur. O baxımdan ölkədə tez-tez ölümlə nəticələnən dəhşətli hadisələrin şahidi oluruq. Bu Amerika reallıqları üçün ənənəvi bir haldır.
Ölkədə siyasi etirazlar aşıb-daşır. Demokratlarla hakimiyyətdə olan respublikaçılar arasında mübahisələr kəskin şəkildə davam edir. Bu mənada Trampa qarşı sui-qəsdlər də istisna deyil. Kennediyə, Ronald Reyqana sui-qəsd edildi. Seçki kampaniyası dövründə Trampın qulağından yaralanması da insanların gözü önündədir. Amma zorakılıqla nəyəsə nail olmaq mümkünsüzdür”.
Politoloqun fikrincə, Tramp anlayır ki, öz niyyətlərinin gerçəkləşməsi üçün o qədər də vaxt yoxdur:
“Ona görə də bir tərəfdən nəyisə anons edir, digər tərəfdən hansısa vədlər verir. Amma daxildə bir tələskənlik var, hər şeyi çatdıra bilmir. O baxımdan insanlara elə gəlir ki, Tramp verdiyi sözün həyata keçməsi üçün mütləq şəkildə vaxt itirmədən onu həll etməlidir. İnsanlar bəzi hallarda yanlış təsəvvürlərlə hərəkət edir. Cəmiyyət həmişə tarazlıq yaradan gedişlərlə idarə edilir. Ziqzaqvari şəkildə hərəkət edib, mövcud problemlərə yeni problemlər əlavə etmək heç zaman prosesin həllinə gətirib çıxarmır.
Dolaşıq məsələlər cəmiyyətdə müzakirə edilməlidir. Belə olduqda, aqressiya potensialı da azalır. Tramp başa düşür ki, təqdim etdiyi porqramla bağlı heç də hamı razı deyil. Ona görə də Tramp bunları anlayaraq müraciətləri zamanı müvafiq tonda danışmalı, müxaliflərin dediklərini bir ucdan tutub rədd etməməlidir”.
Politoloq hesab edir ki, bu ərəfədə Tramp bir qədər ehtiyatlı olmalıdır:
“Bir çoxları onun hakimiyyətinin yüzüncü gününü gözləyir. Trampın cangüdənləri elə tədbirlərə əl atmalıdır ki, Prezident və onun ailə üzvlərilə bağlı fors-major vəziyyəti sıfıra endirilsin. Həmçinin, onlar proseslərin sakit məcrada inkişafına imkan yaratmalıdırlar”.
Qeyd edək ki, ABŞ-ın sabiq Prezidenti Con Kennedi 1963-cü il noyabrın 22-də Texas ştatının Dallas şəhərində snayper tüfəngindən açılan atəş nəticəsində həyatını itirib. Hadisədən 62 ilə yaxın vaxt keçsə də, Keneddi sui-qəsdi ilə bağlı bir sıra məqamlar hələ də qaranlıq olaraq qalır.
Rüfət Sultan, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Mart 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see258

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see170

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see154

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see144

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri