Trampa sui qəsd təşkil edilərsə… KONKRET
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İran parlamentində Trampa qarşı sui-qəsdə görə mükafat təşəbbüsü müzakirəyə çıxarılacaq.
KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu İran parlamentinin Mədəniyyət komitəsinin üzvü Həsənəli Əxlaqi-Əmiri bildirib. O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampa qarşı verilmiş dini fətvanı icra edən şəxsə mükafat ödənilməsi ilə bağlı təşəbbüs parlament tərəfindən nəzərdən keçiriləcək.
Deputatın sözlərinə görə, hüquqi prosedurlar başa çatdıqdan sonra məsələ parlamentin gündəliyinə çıxarılacaq və təşəbbüsün şübhəsiz dəstək alacağı gözlənilir.
“Artıq bu barədə qərar verilir. ABŞ prezidentinə sui-qəsd təşkil edən şəxsə böyük mükafət veriləcək. Biz hər birimiz bu təşəbbüsü dəstəkləyirik”, – deyə o bildirib.
İran mediası qeyd edir ki, bəyanatlar təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bir vaxtda səsləndirilib. Bu səbəbdən İran parlamentinin iclasları müvəqqəti olaraq onlayn formatda keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 22 May 2026 23:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















