Trampa suiqəsd cəhdi: Tehran Baydenə gizli mesaj göndəribmiş
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
İran ötən ay Bayden administrasiyasına Donald Trampa sui-qəsd cəhdi etmədiyinə dair yazılı açıqlama göndərib.
Turkustan.az xəbər verir ki, bu barədə ABŞ rəsmilərinə istinadən Wall Street Journal məlumat yayıb.
Nəşr bildirib ki, oktyabrın 14-də İrandan verilən mesaj Vaşinqtonun sentyabrda Tehrana göndərdiyi özəl xəbərdarlığa cavab idi. Həmin ana qədər bu mübadilə haqqında heç bir məlumat verilməyib.
Xatırladaq ki, daha əvvəl Tramp İranın ona “konkret, lakin uğursuz sui-qəsd cəhdləri” etdiyini və onları təkrarlaya biləcəyini demişdi.
Eyni zamanda, Tramp təhdidlərin onu qorxutmadığını, ABŞ ordusunun vəziyyəti diqqətlə izlədiyini və hadisələrin istənilən inkişafına hazır olduğunu vurğulayıb.
Lakin Tramp bununla bağlı heç bir dəlil təqdim etməyib.
Öz növbəsində, Tehran hakimiyyəti Trampı aradan götürmək istədiyi barədə iddia və planları qəti şəkildə rədd edib./Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 15 Noyabr 2024 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















