Icma.az
close
up
RU
Konqresmenlərdən Baydenə müraciət

Konqresmenlərdən Baydenə müraciət

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvlərindən ibarət bir qrup Prezident Co Baydeni Qəzza zolağında davam edən münaqişə fonunda İsrailə hərbi yardımı dayandırmağa çağırıb. 

“Cebheinfo.az” xəbər bu barədə konqresmenlər “X”-hesabında (keçmiş “Twitter”) çağırış ediblər. 

"İsrailin Baş naziri Benyamin Netanyahu dəfələrlə insan hüquqlarını pozub. Xəstəxanaları bombalayır, ərzaq yardımının çatdırılmasına mane olur və yardım işçilərini ölümünə səbəb olur. Bu soyqırım sona çatmalı və ABŞ Prezidenti Co Bayden bunu təşviq etməyi dayandırmalıdır. 

Bu cinayət İsrailə hərbi yardımı kəsməklə başlayacaq”, - deyə Konqresmen İlhan Omar “X” hesabında yazıb. Onun Missuri ştatından olan demokrat həmkarı Cori Buş da İsrailə hərbi yardımın ayrılmasının məqsədəuyğun olmadığını deyib: "ABŞ Fələstin xalqını məhv etmək üçün İsrail ordusunu maliyyələşdirir və silahlandırır. Bu, ağlasığmazdır".

Nyu-Yorkdan olan demokrat konqresmen Aleksandra Okasio-Kortez  öz növbəsində Ağ Evi Amerikanın İsrail dövlətinə silah tədarükünə embarqo qoymağa çağırıb: "Qəzzanın şimalında baş verən dəhşətlər, Bayden administrasiyası tərəfindən tam silahlandırılmış, ərzaq yardımının çatdırılmasının əngəlləndiyi və xəstəxana xəstələrinin bombalandığı tamamilə Netanyahu hökumətinin əməlidir. Bu, fələstinlilərə qarşı soyqırımıdır. ABŞ bunu təşviq etməyi dayandırmalıdır. Dərhal silah tədarükünə embarqo qoyulmalıdır”.

Qeyd edək ki, oktyabrın 13-də ABŞ Müdafiə Nazirliyi regionda gərginliyin artması fonunda İrandan potensial ballistik raket hücumuna qarşısını almaq üçün İsrailə THAAD (Terminal High Altitude Area Defense) raketdən müdafiə batareyasının göndərildiyini təsdiqləyib. 

Həsən Məmmədov 
“Cebheinfo.az”

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Noyabr 2024 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see494

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see288

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see286

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see282

Süni intellekt bumu dünya iqtisadiyyatını ayaqda saxlayır WSJ

29 Avqust 2026 11:23see256

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see253

ABŞ da mədəaltı vəzi xərçənginə qarşı inqilabi dərman təsdiqlənib

29 Avqust 2026 11:26see251

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see251

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see250

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see245

Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı

29 Avqust 2026 16:03see238

Neft kəşfiyyatçılarımızın “Üstyurt” axtarışları

29 Avqust 2026 16:05see229

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see225

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see223

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see217

ABB xarici maliyyə bazarlarında mövqeyini gücləndirir

29 Avqust 2026 13:39see217

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see216

Azərbaycanın yeni milyardlıq planı: 2030 cu il üçün BÖYÜK HƏDƏF

29 Avqust 2026 21:13see214

7 ayda qeyri neft ixracı 18,3 faiz artıb

29 Avqust 2026 16:03see214

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri