Icma.az
close
up
RU
“Ovçuluğa meyil saldım...”

“Ovçuluğa meyil saldım...”

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident sərəncamı ilə 120 illik yubileyi qeyd edilən unudulmaz Xalq şairi Səməd Vurğun poetik yaradıcılıq prosesindən və ictimai fəaliyyətindən vaxt taparaq ana təbiətin qoynuna getməyi, ovçuluq “bəhanə”si ilə dağları, meşələri, obaları gəzməyi çox sevərdi. Bu isə ona həm də yeni yaradıcılıq şövqü verərdi.

Şairin “dillər əzbəri olan, aşıqların sevə-sevə oxuduqları “Ceyran” şeirinin belə uğurlu olmasının bir əsas səbəbi də elə müəllifin ovda ikən duyub-düşündüklərini qələmə alması olub.

...On addım kənarda yatmayır təkə,
Gəzinir, oylağa baş çəkə-çəkə.
Gələn qaraltıdır, yoxsa təhlükə?
Bir özünə baxır, bir ona ceyran!
Ovçu, insaf elə, keçmə bu düzdən!
O çöllər qızını ayırma bizdən!
Qoyma ağrı keçə ürəyimizdən, -
Qıyma öz qanına boyana ceyran!
Nə gözəl yaraşır Muğana ceyran!

Doğrudan da, əgər Səməd Vurğun Muğana gedib ova çıxmasaydı, gördüklərini qəlbinin süzgəcindən keçirməsəydi, bu misralar belə təbii, gözəl alınmazdı. Bu da var ki, ova çıxan şairi bölgələrdən olan dostları müşayiət edərdilər, o zaman başlarına gələn çoxlu əhvalat da illərdir ki, əfsanə kimi el arasında dolaşır. Hər kəs onunla ünsiyyətdən qürur duyub, xatirələrində Səməd Vurğunu sadə və səmimi bir şəxsiyyət kimi səciyyələndiriblər. Şahidlər söyləyirdilər ki, səhər saat 6-dan axşam 6-ya qədər kəklik ovuna çıxan şair dərələri, təpələri yorulmadan dolaşardı. Yəni 12 saat ovda olar, bəzən də əliboş qayıdardı. Ovu dəqiq nişan alsa da, şairanə bir hisslə atəş açmağa qıymazdı.

Yerlərdə görkəmli şairin yadigarları da qorunub saxlanmaqdadır. Məsələn, Ağdaş Rayon Tarix-Diyarşünaslıq Muzeyində aid guşədə dəfələrlə Ağdaşda olmuş və 1938-ci ildə bu rayondan respublika Ali Sovetinə deputat seçilmiş Səməd Vurğunun ov geyimi və çantası da qorunub saxlanılır.

Qələm dostum Faiq Sadıqovun dediyinə görə, tez-tez Kürqırağı meşələrə, Türyançay və Tuqay tərəflərə ova gələn şairin maşını bir dəfə palçığa batır. Ləki qəsəbəsinin sakini olan həvəskar ovçu Məhəmmədəli kişi ona kömək edir. Beləcə, aralarında dostluq münasibəti yaranır və Səməd Vurğun ov geyimi ilə çantasını ona bağışlayır. Məhəmmədəli kişi isə sonradan həmin əşyaları muzeyə verir.

Əslən Masallının Xırmandalı kəndindən olan tələbəlik dostum – yazıçı Nurəddin Ədiloğlu deyir ki, Səməd Vurğun 2 dəfə onların kəndində qonaq olub və Muğana ova çıxıb. Şairin arabaçı Qismətin Səmənd atına bədahətən dediyi şeirin iki misrasını yaddaşına həkk edən bir ovçu nəql edirdi ki, Ağçalada ocaq qalayıb, şairlə çörək də kəsib. Başqa bir ovçu deyirdi ki, özü ilə ov tulası gətirən şair təzə qoşalülə tüfəngini də ona bağışlayıb. Ovçuların bu sayaq söhbətlərinə hayıl-mayıllıqla qulaq asardım.

Bir dəfəsində, deyəsən, 1949-cu ildə Səməd Vurğun tüfəngini, patrondaşını götürüb Qismətin arabasına oturdu. Gecə yağan yağışın suyu yol-yolaqda xırda gölməçələr yaratmışdı. Çətinliklə də olsa, irəlilədilər. Araba ilişib dayananda Qismət kişi səmənd atını söydü. Şair əlini arabaçının çiyninə qoyub bədahətən dedi:

– Sənin adın Qismət, atın Səmənddir,
Mən şair Vurğunam, adım Səməddir.

Ardınca isə əlavə etdi: “Qismət, qağa, çörəyini bir şərtlə kəsərəm ki, bu atı innən belə söyməyəsən”.

...İrəlidə, Ağçalada payız küləyinin meşə kimi yırğaladığı sıx qamışlığın ortasında kiçik tala yeri göründü. Arabaçı atların başını həmin səmtə döndərdi. Yaxınlıqda dalbadal açılan atəş göydə qanad çalan yaşılbaş ördəyi arabanın qabağına saldı. Yaralı quş qanadlarını çırpanda atlar hürküşdülər. Orada başqa ovçu da varmış.

Arabaçı üzünü şairə tutub: – Molla Balaşdır, buralarda şalaş qurub, – dedi, – bizim kənddə məsəl var: “Göydə quşu şalaş vurmur, Balaş vurur”. Bir qolu anadangəlmə şikəst olsa da, Allah-taala ona fərasət verib. Tək qoluyla quş vurur, balıq ovlayır, kolaz çəpləyir, dəryaz götürüb ot da çalır. Adı Mərifətdi...

Balaşla tanış olanda şair xəfifcə gülümsünərək dedi:

– Mən Muğana ova çox gəlmişəm. Atam da ovçu olub, babam da... Yəni az-çox ovçuluq səriştəm var!..

Aradan düz 35 il ötüb-keçdi. Günlərin bir günü Vaqif Səmədoğlu da bizim kənddə ova gəldi. Arabaçı Qismətin oğlu Vəzahir müəllim Məmmədxanlı Qara İsrafillə birlikdə onu vaxtilə Səməd Vurğunun ova getdiyi Ağçalaya apardı.

Şairin daha bir ov macərası haqqında. 1946-cı ilin noyabr ayında, şair dostu Allahyar Cavanşirlə Kür çayının sağ sahilindəki Mehman meşəsinə ova gedirlər. Onlar çayın qalın cığ ilə örtülü körpə söyüd pöhrəliyində gəzdikləri vaxt, birdən iki qırqovul xoruzu havaya qalxır, Səməd sərrast atəşlə hər ikisini vurur. Xoruzlar çaya düşür. Su xoruzları axıdır. Reks və Heran adlı ov tulaları da onların dalınca üzür. Bir az keçdikdən sonra itlər xoruzları ağızlarına alıb geri qayıdırlar. Sonrakı bir dəfə onların maşını qəfil qabağa çıxan cüyürləri vurur. “Vay, biz nə etdik”, – deyə şair pərişan və peşiman halda qışqırır.

Dostu onunla bağlı xatirəsində deyir ki, sonra kəkliklər pıqqıldayıb kol dibindən qalxdı, dağ keçiləri quşqonmaz qayaların sinəsini dırnaqlaya-dırnaqlaya gözdən itdi, dağ hind quşları qəribə səslər çıxardılar. Səməd Vurğun isə susurdu. Fikirləşdik ki, görəsən, şair nə üçün atmadı? Ovçu da bu fürsəti əldən verərdimi?

Mən yavaş-yavaş ona yan aldım:

− Səməd qağa, meşədə ov eləmək çətindir, quş qalxan kimi ağacın arxasında görünməz olur.

Səməd bığaltı gülümsədi, başı ilə təsdiq etdi:

− Ovçu, insaf elə … Buranın gözəllikləri bir-birinə elə yaraşır ki, meşəni onlardan məhrum etməyə adam qıymır. Mənə nə deyərlər, şairin birinci, bəlkə də axırıncı dəfə bu yerlərə ayağı düşür, onda da qırğın törədir.

Biz kəndə dönəndə, öz səxavətini hər yana səpələyən təbiətin seyrindən doymayan Vurğun dağın döşü ilə dolaylananda, Həsən kişi məni saxladı:

− Əliboş qayıdaq, ayə? Şair tüfəngi özünə havayı yük eləyib. Nə özü vurdu, nə də bizi qoydu.

Səmədin qulağı uzaqdan elə bil deyilənləri aldı. O, bizə baxıb gülümsədi:

− Deyəsən, qeybət qırırsınız, ayə? Ovçu insaf elə…

Doğrudan da, hər dəfə şair sanki ova deyil, təbiətin seyrinə çıxardı ki, yeni gözəl şeirlər yaratsın.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 May 2026 04:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1220

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see495

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see389

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see387

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see378

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see337

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see320

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see282

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see217

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see208

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see202

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see198

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see193

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see188

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see184

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see183

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see171

“Bu, ciddi bir xəstəlikdir...”

05 Oktyabr 2026 18:07see167

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see166

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri