Icma.az
close
up
RU
Trampdan BRİCSə şok hədə Azərbaycan da qoşulmaq istəyirdi...

Trampdan BRİCSə şok hədə Azərbaycan da qoşulmaq istəyirdi...

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Qlobal ticarət müharibəsi ilə bağlı narahatlıqlar güclənib
“BRİCS ölkələrinin kənardan baxarkən dollardan uzaqlaşmağa çalışması fikri bitdi”. Bunu ABŞ-ın yeni seçilmiş grezidenti Donald Tramp dollardan imtina etmək istəyən BRİKS üzvlərinə müraciət edərkən “Truth Social” sosial şəbəkəsində yazıb.
“Bu ölkələrdən tələb edirik ki, ya yeni BRİKS valyutası yaratmayacaqlarına, ya da güclü ABŞ dollarını əvəz etmək üçün hər hansı başqa valyutanı dəstəkləməyəcəklərinə dair öhdəlik götürsünlər, əks halda, 100 faizlik gömrük rüsumları ilə üzləşəcəklər və gözəl ABŞ iqtisadiyyatına satışla vidalaşmalı olacaqlar”, - Tramp qeyd edib.
Dünyanın bir nömrəli iqtisadiyyatının başına keçməkdə olan şəxsin bu açıqlaması bütün dünyada müzakirələrə səbəb olub. Əksər beynəlxalq mətbu orqanlarda Trampın hədəsi, reallaşma imkanları, nəticələri müzakirə olunur.
“The Guardian” yazır ki, Donald Trampın BRİCS ölkələrini hədələməsindən sonra qlobal ticarət müharibəsi ilə bağlı narahatlıqlar güclənib.
Xəbərdarlıq Trampın ABŞ prezidenti kimi andiçmə mərasimindən sonra Kanada, Meksika və Çinə tariflər tətbiq edəcəyini söyləməsindən bir həftədən az bir müddət sonra səsləndirilib.
"The Guardian" xatırladır ki, BRİKS qrupu əvvəlcə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarət idi və daha sonra Misir, Birləşmiş Ərəb Əmirlikləri, Efiopiya və İran da qoşulub. Üstəlik, Rusiyanın dəvəti ilə bir çox ölkələr, o cümlədən Azərbaycan və Türkiyə də birliyə qoşulmaq üçün müraciət ediblər.
BRİCS-in vahid valyutasının yaradılması ideyası Rusiyadan gəlir. 2014-cü ildə Krımı ilhaq etdikdən sonra xeyli sanksiyalarla üzləşən Rusiya 2015-ci ildən bu məsələni davamlı gündəmə gətirir. 2022-ci ildə Ukraynada işğalçı müharibə başladıqdan sonra isə dollar sistemindən uzaqlaşdırılan Rusiya üçün alternativ tapmaq həyati məsələyə çevrilib.
Lakin ötən müddətdə aparılan səhnəarxası müzakirələr, danışıqlar göstərdi ki, maddi bir valyutanın yaradılması utopiyadır. Ona görə də diqqət yönəldilib rəqəmsal ödəniş sisteminin formalaşdırılmasına. Oktyabr ayında Rusiya prezidenti Vladimir Putin özü açıq deyib ki, vahid valyutanın yaradılması qeyri-mümkündür. Buna görə də o, ABŞ-ın dollardan siyasi silah kimi istifadəsinə mane ola biləcək alternativ beynəlxalq ödəniş sisteminin yaradılmasına çağırıb. Belə bir sistemin yaradılmasını isə xeyli sayda analitik mərkəz real hesab edir. Bu, Tramp və onun komandasının diqqətindən yayınmayıb və yeni seçilmiş prezident məlum xəbərdarlığı səsləndirib.
Aydın məsələdir ki, BRİCS ölkələrindən idxala 100 faizlik rüsum onlardan ABŞ-a daxil olan malların ikiqat bahalaşması demək olacaq. Bu isə ABŞ-da inflyasiyanın artmasına gətirib çıxarmaqla qlobal ticarət axınının sabitliyini pozacaq.
Əslində ticarətə bu sərt yanaşma Trampın qlobal ticarətin dinamikasını dəyişdirmək və ABŞ-ın iqtisadi suverenliyini gücləndirmək məqsədi daşıyan daha geniş “America First” iqtisadi siyasətini əks etdirir. Belə radikal qərarlar təhdidi ilə Tramp administrasiyası qarşı tərəflərlə danışıqlara üstün notlar əsasında başlamaq istəyir.
Qeyd edək ki, BRİCS-in iki üzvü - Rusiya və İran ABŞ-ın ən kəskin sanksiyaları altındadılar. Onların dollara alternativ axtarışının əsasında da bu sanksiyalar dayanır. ABŞ-ın Çinlə münasibətləri isə artıq açıq ticarət müharibəsi müstəvisinə qədəm qoymaqdadır. Lakin buna baxmayaraq, BRİKS ölkələri arasında ABŞ-ın ən böyük ticarəti də Çinlədir. 2024-cü ilin 10 ayı ərzində Çin-Amerika ticarət dövriyyəsi 2,8 faiz artaraq 564 milyard dollar təşkil edib: ABŞ-a ixrac 3,3 faiz artaraq 427,8 milyard dollara, idxal isə 1,2 faiz artaraq 136,4 milyard dollara çatıb.
Braziliya ilə ABŞ arasında ticarət 2022-ci ildə 88,7 milyard dollarlıq tarixi səviyyəyə çatıb. ABŞ-a ixrac 11 faiz (37 milyard ABŞ dolları) ilə ABŞ-dan idxal 15,9 faiz (40 milyard ABŞ dolları) artıb.
2022-2023-cü maliyyə ilində Hindistan və ABŞ arasında ticarət həcmi bir il əvvəlki 119,5 milyard dollara qarşı 7,65 faiz artaraq 128,55 milyard dollara çatıb. Hindistanın ABŞ-a ixracı 2,81 faiz artaraq 78,31 milyard dollara çatıb. Hindistanın Amerika mallarının idxalı təxminən 16 faiz artaraq 50,24 milyard dollara çatıb.
Göründüyü kimi, BRİCS-in böyük iqtisadiyyatlı üzvlərinin ABŞ-a satdıqları oradan aldıqlarından çoxdur və Tramp 100 deyil, 50 faizlik rüsum da tətbiq edərsə, onlar üçün çox ciddi problemlər yarada bilər./gundeminfo.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Dekabr 2024 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri