Trampdan “Fox News”un jurnalistinə yüksək vəzifə
Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.
“Fox News”un jurnalisti Temmi Bryus Dövlət Departamentinin mətbuat xidmətinin yeni rəhbəri olacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin seçilmiş prezidenti Donald Tramp sahibi olduğu “Truth Social”da yazıb.
“Temmi Bryusun Dövlət Departamentinin mətbuat katibi vəzifəsinə təyin ediləcəyini elan etməkdən şərəf duyuram. Temmi mediada uzun müddətdir işləyir və iyirmi ildən artıqdır ki, Amerika vətəndaşlarına həqiqəti çatdırır. Əminəm ki, o, yeni vəzifəsində də eyni inam gücünü və qorxmaz ruhunu nümayiş etdirəcək”, - o vurğulayıb.
Hazırda ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri vəzifəsini Metyu Miller tutur.

Tramp Fox News un aparıcısına yüksək vəzifə verdi FOTO
24 Fevral 2025 09:48
Metyu Miller vəzifəsindən gedir, yerinə “Fox News”un jurnalisti gəlir
04 Yanvar 2025 08:58
Fox News : Tramp Zelenskini qovdu
28 Fevral 2025 22:49
Tramp “Fox News”un jurnalistini Dövlət Departamentinin mətbuat xidmətinə rəhbər təyin edəcək
04 Yanvar 2025 08:17
Fox News: Tramp ABŞın 47ci prezidenti seçilib
06 Noyabr 2024 11:04

