Trampdan Kubaya mesaj: “İrandan sonra sizinlə məşğul olacağıq“
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp İran məsələsindən dərhal sonra Kuba ilə məşğul olacaqlarını bildirib.
Moderator.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, Tramp Florida ştatında tərəfdarları qarşısında çıxışı zamanı administrasiyasının ABŞ Silahlı Qüvvələrinə tarixdə ən böyük məbləğdə - bir trilyon dollar vəsait ayırdığını deyib.
"Dünyanın ən yaxşı hərbi texnikasına sahibik. Bunu Venesuelada baş verən hadisələr zamanı gördünüz. İran İslam Respublikası da sizə dünyanın ən yaxşı hərbi texnikasına sahib olduğumuzu deyəcək. Bəs Kuba necə? Narahat olmayın. İrandan qayıdandan sonra Kuba ilə məşğul olacağıq, orada qısa bir dayanacaq edəcəyik", - deyə Tramp bildirib.
ABŞ prezidenti Kuba sahillərinə gəmilər göndərə biləcəyini də istisna etməyib.
"Onlar əllərini yuxarı qaldıracaqlar, sonra isə işi başa çatdırmaq üçün ABŞ dövlət katibi Marko Rubionu göndərəcəyik. Hətta dayanmağa da ehtiyac yoxdur. Onu birbaşa ora göndərə bilərik, özü məsələni həll edər", - deyə Tramp əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 24 Oktyabr 2026 08:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















