Icma.az
close
up
RU
Trampdan Netanyahuya XƏBƏRDARLIQ: Səbrimiz tükənir!

Trampdan Netanyahuya XƏBƏRDARLIQ: Səbrimiz tükənir!

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verildiyi kimi, İsrailin strateji işlər naziri Ron Dermer Nazirlər Kabinetinin son iclasında Qəzzaya hücumlarla bağlı Vaşinqton administrasiyasının “səbrinin tükəndiyini” xəbərdar edib.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Qəzza şəhərini işğal etməyə qərar verən İsrailin baş naziri Binyamin Netanyahudan 22 aydır həyata keçirdikləri hücumlara tez son qoymasını istəyib .
“İsrail Hayom” qəzeti Ağ Evə yaxın mənbəyə istinadən yazıb ki, Tramp bu həftənin əvvəlində Netanyahu ilə telefon danışığında HƏMAS-ın Qəzza zolağından çıxarılmasını dəstəkləməsinə baxmayaraq, İsraildən hücumlarını tez bir zamanda dayandırmasını istəyib.
Qəzetə danışan mənbəTrampın görüş zamanı Qəzza şəhərinin işğalı ilə bağlı qərarına işarə edərək, “Bunu et, amma indi et” dediyini bildirib.
Məsələ ilə bağlı İsrail baş nazirinin ofisindən açıqlama verilməyib.
Bu arada İsrailin strateji işlər naziri Ron Dermerin Nazirlər Kabinetinin son iclasında Qəzzaya hücumlarla bağlı Vaşinqtonun "səbrinin tükəndiyi" barədə xəbərdarlıq etdiyi bildirilir.
“Yedioth Ahronoth” qəzeti Təhlükəsizlik Kabinetinin Qəzzanı işğal etmək qərarından bir həftə sonra orduya Qəzza şəhərinin işğalı üçün hazırlıqlara başlamağı tapşırdığını bildirib.
Qəzza şəhərinin işğalı üçün həyata keçiriləcək hücumların sentyabr ayından əvvəl başlamayacağı, ilk növbədə Qəzza şəhəri və ətrafında İsrailin hücumları altında hazırda həyatda qalmaq üçün mübarizə aparan 1 milyon fələstinlinin sürgün ediləcəyi qeyd edilib.
İsrail mediası ordunun Qəzzaya qarşı hücumlarda 80-100 min ehtiyat əsgərinin iştirakını planlaşdırdığını bildirib.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 Avqust 2025 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see184

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see169

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see168

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see162

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri