Icma.az
close
up
RU
Trampdan Qəzzada müharibənin dayandırılması planı: HƏMAS bunu qəbul edəcəkmi?

Trampdan Qəzzada müharibənin dayandırılması planı: HƏMAS bunu qəbul edəcəkmi?

Sitat.info portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın Qəzzada müharibənin dayandırılması məqsədilə irəli sürdüyü həll planı beynəlxalq aləmdə müsbət qarşılanıb. 20 maddəlik planda HƏMAS qruplaşmasının israilli girovları azad etməsi müqabilində İsrailin hərbi əməliyyatı dayandıracağı yazılıb. Öz növbəsində İsrail ömürlük həbsə məhkum olunmuş 250 fələstinlini azad edəcək. Ayrıca, HƏMAS üzvlərinə amnitsiya tətbiq ediləcək, bir şətlə ki, onlar silahlarını təhvil verəcəklər. Bundan sonra Qəzzanın yenidən bərpası və təhlükəsizlik məsələləri həll olunacaq. Qəzzanın idarəetməsi xüsusi yaradılmış komitəyə həvalə ediləcək. Həmin komitə bələdiyyələr və komunal xidmətlər formalaşdıracaq. Qəzzanın təhlükəsizliyi beynəlxalq sabitlik qüvvələrinə həvalə ediləcək. Onlar Qəzzada xidmət edəcək polis qüvvələrinin təlimi ilə məşğul olacaq. Plan işə düşən kimi Qəzzaya hərtərəfli humanitar yardımlar daxil olmağa başlanacaq. Buna baxmayaraq, planda İsraillə yanaşı Fələstin dövlətinin formalaşması bəndi qeyri-müəyyəndir. Əsas olan mülki insanların qətlini dayandırmaq və sülh prosesinin, o cümlədən bölgənin bərpasının başlanılmasıdır.

Ağ Evdə Donald Trampla görüşən İsrailin baş naziri Benyamin Netanyahu ABŞ Prezidentinin planını dəstəklədiyini bildirib. Bəs HƏMAS planı qəbul etməsə nə baş verəcək? Bu halda İsrail təkbaşına planın icrasını həyata keçirəcək. Bu isə o deməkdir ki, İsrail HƏMAS neytrallaşdırana qədər hərbi əməliyyatı davam etdirəcək və bu halda Vaşinqton Tel-Əviv dəstəkləyəcək. Yəni HƏMAS seçim etməlidir: Ya Vaşinqtonun planını qəbul edir, bu halda müharibə dayanır, insanlar humanitar yardımlar alır və bölgənin yenidən qurulması prosesinə start verilir, ancaq qruplaşma tərksilah olur, ya da plandan imtina ediliir, bu halda müharibə və mülki insanların ölümü davam edir. Vaşinqton HƏMAS-ın tərksilah olunmasında ərəb ölkələrinin, o cümlədən Misir və Qətərin səylərinə ümid edir. Bu iki ölkənin HƏMAS qruplaşmasına təsir imkanları mövcuddur.

Ölkələrin mütləq əksəriyyəti Vaşinqtonun planını dəstəkləyib. Bu sırada Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İordaniya və Hindistanın adını çəkmək olar. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Trampın planını bu sözlərlə dəstəkləyib: “Qəzzada qan axınının dayanması və atəşkəsin təmin olunması üçün ABŞ Prezidenti cənab Trampın göstərdiyi səyləri və liderliyini yüksək qiymətləndirirəm. Tərəflərin qəbul edəcəyi ədalətli və qalıcı bir sülhün bərqərar olması üçün Türkiyə olaraq biz də prosesə töhfə verməyə davam edəcəyik”. Hindistanın baş naziri Narendra Modi Trampın sülh planının bütövlükdə Yaxış Şərqin təhlükəsizliyinə və rifahına yol açacağını bildirib. “Ümid edirik ki, bütün maraqları tərəflər Trampın planı ətrafında birləşəcək” deyən Modi bunun İsrail və Fələstin xalqları üçün faydalı olacağına inandığını söyləyib. Biz sözlə Trampın planı əleyhinə çıxan yoxdur.

Donald Tramp Benyamin Netaynahu ilə birgə keçirdiyi mətbuat konfransında İranın İsraillə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan İbrahim sazişlərinə qoşulmasını istisna etmədiyini bildirib. Ağ Ev sahibi Vaşinqtonun İranla münasibətlərinin bərpası ümidini bu şəkildə izah edib: “Və kim bilir, bəlkə hətta İran da müqavilələrə qoşula biləcək. Mən həqiqətən onun iştirakçı ola biləcəyinə inanıram”.

İranda mövdud idarəetmə sistemi İsraillə diplomatik münasibətlərin bərpasını istisna edir. Trampın Qəzza planının reallaşması ehtimalı daha yüksəkdir, nəinki İranın İsraillə münasibətlər qurması. Tramp Qəzzadakı qətliamı durdurarsa və hazırladığı plan işə düşərsə, Ağ Ev sahibi Nobel Sülh Mükafatını haqq edəcək.

Politoloq Elxan Şahinoğlu,

Sitat.info 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://sitat.info
archiveBu xəbər 30 Sentyabr 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri