Trampdan Rza Pəhləvi ilə bağlı açıqlama
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Şah Məhəmməd Rza Pəhləvinin sürgündəki oğlu Şahzadə Rza Pəhləvinin İranda rejim dəyişikliyi olacağı halda hakimiyyətə gəlmək niyyəti barədə fikirləri ABŞ Prezidenti Donald Tramp tərəfindən dəstəklənməyib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp Pəhləvi haqqında müsbət fikirdə olduğunu söyləsə də, İranda siyasi liderlik üçün ölkədəki uyğun şəxsə ehtiyac olduğunu vurğulayıb.
“Biz Pəhləvi barədə çox düşünməmişik. Mənə elə gəlir ki, içəridən kimsə daha uyğun ola bilər. Pəhləvi yaxşı insan kimi görünür, amma hazırda ölkə daxilində populyar olan biri mənə daha uyğun görünür”, – deyə ABŞ lideri vurğulayıb.
Tramp onu da əlavə edib ki, İranda hakimiyyət dəyişikliyi üçün düşündükləri şəxslər hücum zamanı ölüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 04 Mart 2026 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















