Trampı canlandıran aktyor: “O çılğın adamdan qorxuram”
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Trampın məşhur "Saturday Night Live" (SNL) proqramındakı parodiyası ilə tanınan komediya aktyoru Ceyms Ostin Conson Trampdan gələ biləcək reaksiyalardan narahat olduğunu bildirib.
Sherg.az xəbər verir ki, Tribeka Film Festivalında çıxış edən 36 yaşlı aktyor qeyd edib ki, Tramp obrazını canlandırarkən əsasən improvizasiyaya üstünlük verir. Onun sözlərinə görə, tamaşaçıların “İndi nə deyəcək?” gərginliyini hiss etməsi Tramp obrazının əsas xüsusiyyətlərindən biridir.
Conson Trampın mümkün reaksiyalarından qorxub-qorxmadığı sualına “Bəli” cavabı verib. O, Trampı “çılğın insan” adlandıraraq, onun fərdləri hədəf almaq meylindən narahat olduğunu söyləyib.
Aktyor həmçinin bildirib ki, Trampın uğurunun səbəblərindən biri onun istər qəsdən, istərsə də təsadüfən komik görünməsidir. Consonun fikrincə, Trampın çıxışları tez-tez mübahisələr doğurduğundan, proqramın ssenarisi bəzən efirə saatlar qalmış yenidən yazılmalı olur.
Qeyd edək ki, Ceyms Ostin Conson 2021-ci ildən etibarən SNL-də Donald Tramp obrazını canlandırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 08 İyun 2026 18:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















