Trampın 1 milyon dollarlıq “Ferrari”si satışa çıxarılır: Cəmi 15 min gedib FOTO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa məxsus “Ferrari F430” satışa çıxarılacaq.
Avtosfer.az xəbər verir ki, “Rockstar Car Auctions” tərəfindən keçirilən hərrac fevralın 16-dan martın 9-dək keçirilməsi planlaşdırılır. Bu barədə “Carscoops.com” məlumat yayıb.
Bildirilir ki, avtomobil 1 milyon dollar dəyərində qiymətləndirilir (hazırki məzənnə 1.700.000 min manat). Gələcək sahibi idman avtomobili ilə yanaşı, avtomobilin qeydiyyat sənədinin əslini, həmçinin Trampın adına olan zəmanət kartını da alacaq. Avtomobilin yürüşü 15 min kilometrdir.
Qeyd olunur ki, Donald Tramp avtomobilin ilk sahibi olub. Maşın 2007-ci ildə alınıb.
Xatırladaq ki, bundan əvvəl 2024-cü ildə Trampa məxsus olan 1997-ci il “Lamborghini Diablo VT” hərracda 1,1 milyon dollara satılmışdı.
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 18 Yanvar 2025 18:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















