Icma.az
close
up
RU
Trampın 100 günü də tamam oldu, amma müharibə bitmədi ki, bitmədi

Trampın 100 günü də tamam oldu, amma müharibə bitmədi ki, bitmədi

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Donald Trampın 100 günlük prezidentlik fəaliyyəti tamam oldu. Bu müddət ərzində onun administrasiyası həm daxili siyasətdə, həm də xarici münasibətlərdə əhəmiyyətli dəyişikliklər həyata keçirib. Tramp ilk 100 gün ərzində onlarla sənəd imzalamaqla sələflərini geridə qoyub. Çin və digər ölkələrə qarşı tətbiq edilən yüksək gömrük vergiləri, qlobal bazarlarda qeyri-sabitliyə səbəb olsa da, Tramp bu siyasəti ABŞ-nin iqtisadi müstəqilliyini gücləndirmək məqsədilə həyata keçirdiyini əsas gətirib. Tramp qeyri-qanuni miqrasiyanı azaltmaq məqsədi ilə də əvvəlki administrasiyanın immiqrasiya siyasətlərinə əks addımlar atıb. Lakin Trampın 100 günündə bütün dünya tərəfindən ən çox gözlənilən məsələ Ukrayna və Rusiya müharibəsini bitirəcəyi ilə bağlı idi.

Yerinə yetirilmiş vədlər

Tramp Çin, Kanada və Meksika kimi ölkələrə qarşı yüksək gömrük vergiləri tətbiq edərək ticarət balansını düzəltməyi hədəfləyib. Bu addımlar bəzi iqtisadçılar tərəfindən inflyasiya riski ilə əlaqələndirilsə də, başlıca fikir bu tədbirlərin ABŞ istehsalını təşviq etmək məqsədilə həyata keçirilməsindən yanadır.

Tramp qeyri-qanuni sərhəd keçidlərini sıfıra endirmək məqsədi ilə əvvəlki administrasiyanın immiqrasiya siyasətini ləğv edib. O, hələ ilk prezidentliyi dövründə və ikinci seçki kampaniyasında bu mövzuya xüsusi diqqət yetirib. Trampın miqrasiya siyasətində təhlükəsizliyi artırmaq üçün ABŞ-Meksika sərhədində divarın inşasına başlamasını, sərhəd keçidlərinə qarşı sərt tədbirləri, qanunsuz miqrantlara qarşı mübarizəni gücləndirərək deportasiya proseslərini sürətləndirməsini, sığınacaq üçün müraciət prosesini çətinləşdirməsini göstərə bilərik. ABŞ prezidenti deportasiya əməliyyatlarını intensivləşdirmək, sərhəd divarını genişləndirmək və qanunsuz miqrasiyanı daha da məhdudlaşdırmaq niyyətini praktiki formada icra edir.

Tramp ali təhsil sahəsində də islahatlara yönələn bir sıra sərəncamlar imzalayaraq bütün ölkə ərazisində kollec və universitetlərə təsiri artırmaq qərarına gəlib. Təhsil Nazirliyinin ləğvinə başlamaq haqqında fərman imzalayıb. Tramp əlavə edib ki, Təhsil Nazirliyinin mühüm proqramları digər agentliklər və departamentlər arasında yenidən bölüşdürüləcək. Digər fərmana görə isə xaricdən daxil olan vəsaitin mənbəyini açıqlamayan ali təhsil müəssisələrinin maliyyələşməsi dayandırıla bilər.

Yerinə yetirilməyən vədlər

Donald Tramp prezidentliyə namizədlik kampaniyası zamanı dəfələrlə bildirmişdi ki, hakimiyyətə gələcəyi təqdirdə Rusiya-Ukrayna müharibəsini 24 saat ərzində bitirə bilər. O, bu vədi bir neçə çıxışında təkrarlamış və əsas arqument kimi liderlik üslubunu, diplomatik təzyiq imkanlarını və Vladimir Putinlə şəxsi münasibətlərini göstərmişdi. Lakin prosesin həllinə 24 saat bəs etmədiyi üçün vaxt 100 günə uzandı. Bu gün isə Trampın 100 günü də tamam oldu, amma müharibə bitmədi ki, bitmədi. Düzdür, Tramp administrasiyası Rusiya ilə dialoqu bərpa etməyə çalışır, artıq Səudiyyə Ərəbistanında danışıqların iki raundu keçirilib və müsbət əhval-ruhiyyə ilə yadda qalıb. Lakin prosesin tam həlli üçün hələlik real nəticələr əldə edilməyib.

Bununla yanaşı, ABŞ-nin Ukraynaya yardım paketləri də dondurulmayıb. Bəzi hallarda azaldılıb ki, bu da daxildə və xaricdə tənqidlərlə qarşılanıb. Ukrayna tərəfi isə açıq şəkildə bildirib ki, Rusiya işğal etdiyi ərazilərdən çıxmadan sülh mümkün deyil. Beləliklə, müharibə davam edir və nə Rusiya, nə də Ukrayna tərəfi kompromisə meyilli görünür. Nəticə etibarı ilə Trampın "müharibəni 100 günə bitirərəm" vədi hazırda yerinə yetirilməyib və qeyri-real görünür.

Səbəb və gözləntilər

Ümumiyyətlə, müharibənin kompleks səbəbləri var və bu da onu tez bitirməyi qeyri-real edir. Ukrayna Rusiyanın işğal etdiyi əraziləri (Donetsk, Luqansk, Krım) geri almaq istəyir. Rusiya isə bu əraziləri geri vermək fikrində deyil. Bununla yanaşı, NATO və Avropa İttifaqı ölkələri, xüsusilə də Almaniya və Fransa Trampın bu cür təkbaşına, sürətli diplomatik yanaşmasına dəstək vermir. Bu da onun təklif etdiyi həll mexanizmini zəiflədir.

Bir sözlə, müharibə sadəcə danışıqla bitəcək məsələ deyil və Tramp bu reallığı ya nəzərə almamışdı, ya da özü reallığı sadələşdirirdi. Çünki o, şəxsi emissarları vasitəsilə danışıqlar aparmağa çalışıb, lakin bu yanaşma hələlik nəticə verməyib. Əgər heç bir tərəf güzəştə getməzsə, müharibə tam bitmədən, aktiv döyüşlər azala və münaqişə "dondurulmuş vəziyyətə" keçə bilər. Bu, Gürcüstan və ya Moldova (Dnestryanı) modelinə bənzəyəcək. Rusiya bəzi əraziləri faktiki nəzarətdə saxlayacaq. Ukrayna onları rəsmən tanımayacaq. İkincisi, atəşkəs razılaşması ola bilər, amma davamlı sülh olmayacaq. Yox, NATO və ya digər Qərb ölkələri birbaşa müdaxilə etsə və ya Rusiya sərt eskalasiyaya getsə, regional müharibə daha geniş miqyas ala bilər. Yalnız hər iki tərəf ciddi şəkildə hərbi və iqtisadi tükənmə yaşasa və beynəlxalq təzyiqlər artsa, vasitəçi ölkələrin iştirakı ilə mərhələli sülh planı hazırlana bilər. Burada yenə də ərazi bölüşdürülməsi gündəmə gələcək. Üçüncüsü, əgər Tramp administrasiyası münaqişəni bitirməkdə israrlı olarsa, Ukraynaya hərbi və maliyyə dəstəyi azalda bilər, bu isə Kiyevi danışıqlara məcbur edə bilər. Lakin bu, Ukraynanın maraqlarına zidd olacaq və Qərbdə gərginlik yarada bilər. Tramp Putinə güzəştə gedərsə, ABŞ daxilində də ciddi daxili siyasi mübahisələr baş qaldıra bilər. Bir sözlə, danışıqlar mümkünsüz deyil, amma çox çətindir. Əgər tərəflər siyasi və hərbi olaraq gücsüzləşərlərsə, atəşkəs və ya dondurulmuş vəziyyət daha real görünə bilər.

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 Aprel 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri