Icma.az
close
up
RU
Amerikalı ekspert: Azərbaycan Şərq və Qərb arasında yük həcmlərinin artırılmasında strateji rol oynayır

Amerikalı ekspert: Azərbaycan Şərq və Qərb arasında yük həcmlərinin artırılmasında strateji rol oynayır

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 19 noyabr, Elmir Səftərov, AZƏRTAC

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu üzv kimi iştirakı ticarət və logistika dəhlizlərinin səmərəliliyinin artırılmasına, eləcə də əlaqələrin Çin-Avropa ekspress dəhlizinin daha yaxşı inteqrasiyası üzərində qurulmasına töhfə verəcək.

Bunu AZƏRTAC-a açıqlamasında beynəlxalq münasibətlər üzrə amerikalı ekspert Peter Tase söyləyib.

O qeyd edib ki, Azərbaycan Şərq və Qərb arasında yük həcmlərinin artırılmasında, müasir beynəlxalq logistika sisteminin formalaşdırılmasında və quru nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasında strateji rol oynayır. Təhlükəsiz, davamlı və rəqabətqabiliyyətli multimodal nəqliyyat marşrutlarının yaradılması Mərkəzi Asiya ölkələrinin inkişafı üçün həyati əhəmiyyət daşıyır və Azərbaycan logistika quru dəhlizlərinin, əlaqəli ticarət yollarının inkişafında aparıcı ölkədir. Bununla yanaşı, Azərbaycanın aqrar iqtisadiyyatdakı ambisiyalı layihələri və müasir şəhərsalma ənənələri də regionun inkişafına töhfə verir.

Regional inteqrasiya və diplomatik liderlik

Amerikalı ekspert bildirib ki, rəsmi Bakı tərəfindən irəli sürülən bu dəyərli təşəbbüslər Mərkəzi Asiya ölkələrinin daha geniş iqtisadi inteqrasiyasına mühüm töhfədir. Azərbaycanın bu nüfuzlu çoxtərəfli kluba inteqrasiyası geosiyasi nəticələrə malik tarixi qərardır və Azərbaycan xarici siyasətinin həyata keçirilməsi və Bakının milli təhlükəsizlik maraqlarının qlobal səhnədə təşviqi üçün təsirli əməkdaşlıq fəsli açıb.

“Mərkəzi Asiya ölkələri Şərq-Qərb ticarət yolları və Zəngəzur dəhlizi kimi dinamik quru nəqliyyat marşrutlarına bağlı olduqları üçün strateji əhəmiyyət daşıyır. Zəngəzur dəhlizi regionun iqtisadi və sənaye inteqrasiyasını gücləndirə, həmçinin dəniz ticarət yollarında yaranan çətinliklərdən qaynaqlanan qlobal asılılığı azalda bilər. Ümumilikdə isə Azərbaycan Prezidentinin yaxın vaxtlarda Daşkəndə səfəri Bakının xarici siyasətində mühüm və əhəmiyyətli bir addım kimi qiymətləndirilir”, - deyə P.Tase vurğulayıb.

Ekspert əlavə edib ki, bu il Qəbələdə baş tutan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü Mərkəzi Asiya və türkdilli ölkələr üçün regional inteqrasiya və inkişaf platformasının formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see211

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see209

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see201

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see181

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see180

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see176

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see168

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see167

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see165

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see165

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see163

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see150

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see147

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see142

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see141

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see138

İranda etirazların səkkizinci günüdür

04 Yanvar 2026 09:16see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri