Icma.az
close
up
RU
Trampın anonsu: Putin necə qisas alacaq? Markov

Trampın anonsu: Putin necə qisas alacaq? Markov

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Tramp və Putin arasında baş tutan telefon danışığında əsas məsələ Ukraynaya qarşı Rusiya tərəfindən həyata keçirilən cavab zərbələri deyil. Əsas diqqət Rusiya-Amerika münasibətlərinə yönəlmişdi. Məlum olduğu kimi, 1 iyun tarixində Ukrayna Silahlı Qüvvələri Rusiyanın iki strateji aviasiya aerodromuna zərbə endirib. Bu aerodromlarda strateji bombardmançı təyyarələr anqarlarda deyil, açıq havada yerləşdirilmişdi. Bu, Rusiya ilə ABŞ arasında imzalanmış strateji və nüvə qüvvələrinə nəzarət sazişinə uyğundur. Müqaviləyə əsasən, belə təyyarələr açıqda saxlanmalı, peyk müşahidəsinə açıq olmalıdır. Rusiya ABŞ-a bu təyyarələri gizlətməyəcəyinə dair öhdəlik götürmüşdü. Ukrayna isə bu şəraitdən istifadə edərək hücumu məhz həmin açıqda dayanan təyyarələrə qarşı reallaşdırıb.

Bu sözləri Axar.az-a rusiyalı politoloq Sergey Markov ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya cavab zərbəsi endirəcəyi barədə sözlərini şərh edərkən deyib.

“Rusiyada bir çoxları hesab edir ki, Ukrayna bu hücumu təkbaşına həyata keçirə bilməzdi. Dronlar Rusiya ərazisinə müxtəlif yollarla keçirilə, furqonlarda daşına və aerodromlara yaxınlaşdırılaraq oradan havaya qaldırıla bilərdi. Lakin əsas sual budur: Ukrayna bu dronları hədəfə necə dəqiq yönəltdi? Axı Ukraynanın öz kəşfiyyat peykləri yoxdur.

Bu səbəbdən də Rusiyada bir sıra dairələr bu hücumun ABŞ xüsusi xidmət orqanlarının iştirakı ilə həyata keçirildiyini düşünür. Rusiya strateji bombardmançılarını açıqda saxlayarkən, ABŞ bu öhdəliyə zidd şəkildə həmin təyyarələrə hücumda iştirak edib. Rusiya nüvə doktrinasına əsasən, strateji nüvə qüvvələrinə zərbə nüvə zərbəsi üçün əsas sayılır. Bu isə o deməkdir ki, Rusiya, hüquqi baxımdan, ABŞ-a qarşı nüvə zərbəsi endirmək hüququna malikdir. Lakin bu, real görünmür. Çünki hücum nəticəsində cəmi 5 strateji bombardmançı və 5 nəqliyyat təyyarəsi zədələnib. Bu, Rusiyanın ümumi strateji aviasiya potensialının təxminən 5 faizini, ümumi nüvə qüvvələrinin isə cəmi 0,25 faizini təşkil edir. Belə kiçik itkiyə görə müharibəyə başlamaq ehtimalı azdır. Ancaq bu hadisə ciddi presedent yaradır. Əgər ABŞ Rusiya nüvə potensialının bir hissəsini cəzasız şəkildə sıradan çıxara bilirsə, gələcəkdə daha böyük hissələr də eyni şəkildə məhv edilə bilər. Bu halda ABŞ nüvə müharibəsinə başlamadan qalib gəlmək üçün zəmin yaradır. Tramp bu vəziyyətin ciddiliyini anlayaraq Putinə zəng edib və bildirib ki, Ukrayna bu hücum barədə ABŞ-ı əvvəlcədən xəbərdar etməyib və ABŞ bu hücumda heç bir şəkildə iştirak etməyib”, - o vurğulayıb.

Politoloq dronların hədəfə necə yönəldiyi barədə Kiyevin açıqlamasına diqqət çəkib:

“Ukrayna tərəfi bildirib ki, dronlar süni intellektlə təchiz edilib və Poltavada yerləşən hərbi muzeydəki sovet istehsalı bombardmançı maketi üzərində öyrədilib. Guya dronlar bu maket vasitəsilə real təyyarələri tanımağı öyrəniblər. Bu isə peyklərə ehtiyac qalmadan hədəfə yönəlmə imkanı yaradıb. Lakin bu izah geniş şübhələr doğurur.

Ən azı bir fakt dəqiqdir: Tramp Putinə zəng edərək ABŞ-ın hücumda iştirak etmədiyini bildirib. Daha sonra o, söhbətin "optimist notlarla" keçdiyini yazıb. Halbuki, Putin cavab zərbələrinin Ukraynaya endiriləcəyini bildirib. Bu isə Trampın Zelenskinin hərəkətlərini tənqid etdiyini və Rusiyanın cavab haqqını tanıdığını göstərir”.

Rusiyanın Ukraynaya necə cavab verəcəyini isə Markov belə izah edib:

“Rusiyada tez-tez deyilən “qərar qəbuletmə mərkəzlərinə zərbə endirilməlidir” fikri gündəmə gəlir. Lakin bu mərkəzlər – Prezident Administrasiyası, UTX rəhbərliyi, hərbi kəşfiyyat və Baş Qərargah – sovet dövründə Kiyev və ətraf bölgələrdə tikilmiş güclü bunkerlərdə yerləşir. Onlar nüvə zərbələrinə belə davam gətirə biləcək səviyyədədir və ora zərbə endirmək çətindir. Və indi bu “qərar qəbuletmə mərkəzlərinə zərbə endirmək” variantı – məsələn, Ukrayna Prezident Administrasiyasına, Baş Qərargaha – bunun nə mənası var? Birincisi, onlar orada olmur. Ora yalnız qonaqları qəbul edəndə gəlirlər. Sonra da Kiyevin mərkəzinə güclü zərbə endirmək məsələsi ortaya çıxır. Amma Kiyev – rus şəhəridir, qədim rus paytaxtıdır. Və ümid edilir ki, Kiyev Rusiyaya birləşəcək.

Bundan əlavə, Zelenskiyə qarşı birbaşa zərbə endirmək də real görünmür. Çünki əgər Zelenski aradan götürülərsə, Ukraynada seçkilər keçirilə və bu seçkilərdə Zalujnı qalib gələ bilər. Hazırda Rusiyaya Zelenskinin hakimiyyətdə qalması daha sərfəlidir. O, Tramp ilə pis münasibətlərə malikdir və xalqın böyük bir hissəsi tərəfindən aldatdığı düşünülür, çünki sülh vədi verib, lakin ölkəni müharibəyə sürükləyib. Halbuki Zalujnı peşəkar hərbçidir və xalqın gözündə daha legitim fiqur sayılır.

Bəs Rusiya tərəfindən hansı eskalasiya gözlənilir? Mənim fikrimcə, böyük eskalasiya gözlənilmir, sadəcə döyüşlərin intensivliyi bir qədər artacaq. Çünki Rusiyanın eskalasiya imkanları müəyyən qədər məhduddur.

Belə olan halda, Rusiyadan gözlənilən yeganə eskalasiya addımı Dnepr çayı üzərindəki körpülərə zərbə ola bilər. Bu, Ukrayna ordusunun ön cəbhə ilə arxa cəbhə arasında əlaqəsini zəiflətmək məqsədi daşıyır. Belə hücumları radikal vətənpərvər çevrələr Rusiyanın rəhbərliyindən tələb edir. Lakin bu da texniki baxımdan asan məsələ deyil – çünki bu körpülərin sayı az deyil, təxminən 12-dir. Nəticə etibarilə deyə bilərik ki, Rusiya tərəfindən genişmiqyaslı eskalasiya gözlənilmir. Lakin döyüş əməliyyatlarının getdiyi sahələrdə müəyyən dərəcədə gərginliyin artacağı ehtimal olunur. Tramp isə bu eskalasiyanın səbəbkarı kimi Rusiyanı deyil, məhz Ukraynanı – daha dəqiq desək, Zelenskini görür. Bu baxış bucağı Tramp üçün siyasi cəhətdən sərfəlidir. Çünki Tramp bu mövqedən istifadə edərək “həm Rusiya, həm də Ukrayna sülh istəmir, ikisi də günahkardır” deyə bilər. Bu şəraitdə Tramp ABŞ-ın bu münaqişədə iştirakını dayandıracağını, artıq sülh prosesinin moderatoru olmayacağını, maliyyə yardımı və silah-sursat göndərilməyəcəyini bəyan edə bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://axar.az
archiveBu xəbər 06 İyun 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see276

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see268

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see266

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see263

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see247

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see247

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see242

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see234

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see221

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see202

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see200

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see199

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see197

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see194

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see192

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see191

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see189

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see173

PISA da “Sinqapur sindromu” Şəmil Sadiq yazır

11 Sentyabr 2026 01:22see173

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri