Icma.az
close
up
RU
Trampın arzusu ürəyində qaldı: Bu boyda bombalamadan sonra sülhdən danışmağa dəyməz! ŞƏRH

Trampın arzusu ürəyində qaldı: Bu boyda bombalamadan sonra sülhdən danışmağa dəyməz! ŞƏRH

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukraynanın Kiyev şəhər Dövlət Administrasiyasının rəhbəri aprelin 24-də səhər tezdən Kiyevə "genişmiqyaslı" raket hücumu nəticəsində azı 9 nəfərin öldüyünü və 60-dan çox insanın yaralandığını bildirib. Bu hücum üç illik müharibə zamanı paytaxta edilən ən qanlı hücumlardan biri kimi qeydə alınıb.

Maraqlıdır ki, Putin bu hücumu, biz də sülh istəyirik və danışıqlara hazırıq, deyəndən bir gün sonra həyata keçirir. İki ölkə arasındakı münasibətlərin get-gedə pisləşməsi artıq ABŞ lideri Donald Trampın sülh arzusunun ürəyində qaldığına işarə edir. Bu durum Trampı da özündən çıxarıb və bu gün Putinə xəbərdarlıq edib ki, artıq dur, hər gün minlərlə əsgərin qatilinə çevirilirsən!

Digər tərəfdən Krımın Rusiya ərazisi kimi tanınması məsələsi də gündəmdədir. Tramp düşünür ki, əgər Krımı Rusiya ərazisi kimi elan etsək, Rusiya yumşalacaq və sülhə doğru addım atacaq. Lakin Ukrayna tərəfi qəti şəkildə bu duruma qarşıdır.

Bəs gedişat nəyi göstərir? Belə çıxır ki, Tramp bu liderlərlə bacarmadı? Turkustan olaraq mövzu ilə bağlı suallarımızı siyasi şərhçi Samir Hümbətova ünvanladıq.

Bu gün yayılan məlumatlar onu göstərir ki, Rusiya yenidən Ukraynanın paytaxtını bombalayır. Həm də sivil yaşam yerlərindən videolar paylaşılır. Nə dərəcədə doğru olub- olmadığını qarşıdakı dövrdə bilmək olar. Hər halda aydınlaşacaq. Amma Ukrayna tərəfi bununla bağlı məlumat yaymaqdadır. Tramp sülh istəyir, amma görünür ki, Rusiya istəmir. Daha doğrusu nə Rusiya nə Ukrayna sülh istəmir. Çünki indiki halda, ərazilərini itirmiş Ukrayna bu vəziyyətdə sülhə getmək istəmir. Rusiya da özünə məxsus şərtlər qoyur. O şərtləri də nə Ukrayna nə də ABŞ tərəfi tam qəbul etmir. Əslində ABŞ-a sərf edir, amma onun da öz şərtləri var. Artıq düşünmürəm ki, burda sülhdən söhbət gedə bilər. Bu qədər bombalamadan sonra bu çətin məsələdir. Qaldı Krım məsələsinə, ola bilsin Tramp deyə bilər ki, biz Krımı Rusiya ərazisi kimi tanıyırıq, amma burada iş təkcə ABŞ-la iş bitmir. Son dövrlərdə görürük ki, Avropa kəskin mövqe qoyub bu məsələdə. Yəni Trampın fikirləri ilə razılaşmayan tərəflər var. Ona görə də indiki halda bu məsələnin real olacağı inandırıcı deyil. Böyük ehtimalla Tramp administrasiyası istəsə də qarşı tərəflər buna razı olmayacaq. Bu artıq baş verən hadisələrdən də görülməkdədir.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 24 Aprel 2025 23:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see253

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see240

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see198

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see189

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see189

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see186

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see175

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see163

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see157

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see147

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see133

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see132

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see131

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see131

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see129

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see128

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see128

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see124

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see122

Bakıda “Azerbaijan Fashion Week”in 19 cu mövsümü keçirilib

10 Dekabr 2025 07:30see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri