Icma.az
close
up
RU
Trampın az qala bütün ölkələrə qarşı tarifləri qanunsuzdur ABŞ məhkəməsi qərar verdi

Trampın az qala bütün ölkələrə qarşı tarifləri qanunsuzdur ABŞ məhkəməsi qərar verdi

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi tariflər konstitusiyaya ziddir, lakin hələlik qüvvədə qala bilər. 

Qaynarinfo "Sky News”a istinalda xəbər verir ki, bu barədə ABŞ Apellyasiya Məhkəməsi qərar çıxarıb.

Məhkəmə müəyyən edib ki, ABŞ prezidenti, demək olar, bütün ölkələrə qarşı idxal rüsumları tətbiq etmək və fövqəladə vəziyyət elan etmək səlahiyyətinə malik deyil. Bununla belə, hakimlər xüsusi federal ticarət məhkəməsinin qərarını ümumilikdə dəstəkləyiblər. Sky News yazır ki, apelyasiya hakimləri qərarın icrasını oktyabrın ortalarınadək təxirə salıblar ki, administrasiya məsələni Ali Məhkəməyə çıxara bilsin.

Amerika lideri isə bu qərarı şərh edərək bildirib ki, bütün tariflər hələ də qüvvədədir: 

"Əgər bu tariflər aradan qaldırılsa, bu, ölkə üçün tam bir fəlakətə çevrilərdi. Bu, bizi maliyyə baxımından zəif edərdi, amma biz güclü olmalıyıq. ABŞ artıq digər ölkələrin – dost və ya düşmən fərq etmədən – bizə tətbiq etdiyi böyük ticarət kəsirlərinə, ədalətsiz tarif və qeyri-tarif baryerlərinə dözməyəcək. Onlar bizim istehsalçılarımızı, fermerlərimizi və başqalarını zəiflədirlər”, deyə Tramp "Truth Social” platformasında yazıb.

KİV qeyd edir ki, məhkəmənin bu qərarı Trampın hərəkətlərinin sürətini və miqyasını məhdudlaşdıra bilər, baxmayaraq ki, onun idxal rüsumlarını tətbiq etmək üçün alternativ qanunlardan istifadə imkanı qalır. Ədliyyə Nazirliyi bu ay verdiyi hüquqi açıqlamada xəbərdarlıq edib ki, tariflərin ləğvi ABŞ üçün "maliyyə iflası” demək ola bilər.

Bundan əvvəl UNIAN yazmışdı ki, Trampın genişmiqyaslı tarifləri artıq Beynəlxalq Ticarət Məhkəməsi tərəfindən də bloklanıb. Qərar, azadlıq ədaləti mərkəzinin beş kiçik amerikalı biznesin adından verdiyi iddia əsasında qəbul edilib. Həmin bizneslər tariflər tətbiq edilən ölkələrdən mal idxal edirdilər.

Bundan əlavə, Trampın qərarları nəticəsində McDonald’s şəbəkəsinin satışlarının kəskin şəkildə azaldığı bildirilmişdi. ABŞ-dakı restoranların satışları iqtisadi qeyri-müəyyənlik fonunda 3,6 faiz enib.

Alpər

https://news.sky.com/story/us-court-rules-trumps-global-tariffs-are-illegal-but-leaves-them-in-place-for-now-13421036?fbclid=IwY2xjawMfhW1leHRuA2FlbQIxMQABHpn7KgtYnTi2GZuZWTTJqzJ2a_KrOfPxHIssLQY5gIiYqtwRADq9yKO3IvOD_aem_47gOSEfx2kPTp6eKlqDlBg
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 Avqust 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see267

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see221

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see216

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see168

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see157

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri