Icma.az
close
up
RU
Trampın çox böyük ümidləri Putinlə bağlıdır POLİTOLOQ ŞƏRH ETDİ

Trampın çox böyük ümidləri Putinlə bağlıdır POLİTOLOQ ŞƏRH ETDİ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Vaşiqton və Kiyev arasındakı münasibətlər əlbəttə ki, gərgindir. Trampda artıq öz sözünü Ukrayna prezidentinə deyib. Düzdü Ukrayna prezidenti üzr istəyib, amma bu o demək deyil ki, rəsmi Vaşiqton onun dediyi ilə oturub duracaq. Onun istəyinə bir mənalı və heç bir tərəddüt etmədən hə deyəcək". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, məsələ bundan ibarətdir ki, Vladimir Zelenski tək öz dərdini çəkmir, o həm də Avropa İttifaqının dərdini çəkir. Avropa İttifaqı onun arxasında durub və ondan istifadə edir ki, o Zelenski olaraq Vaşiqtondan dəstək alsın və Vaşiqtona birləşmiş Avropanın narazıçılığını çatdırsın: "Biz görürük ki, Avropanın siyasətində şantaj elementləri aşıb daşır. Onlar gah deyirlər ki, Rusiya Ukrayniyada məsələni bitirdikdən sonra Baltik yanını götürəcək, daha sonra Moldoviyaya hücum edəcək, sonra Polşaya hücum planları var və s. fərziyələr irəli sürürlər. Yəni bunlar hamısı boş yerdə şişirdilmiş xoflardı və onlarla bağlı Avropa istəyir ki, ABŞ öz təhlükəsizliyini və dəstək çətirini köhnə qitədən çəkməsin. Amma trampda deyir ki, yaxşı gəlin oturaq əvvəlcə sayaq görək ki, biz nə xərcləmişik və onun müqabilində nə əldə etmişik. Aydın məsələdir ki, 350 milyarddan çox vəsaitdən söhbət gedir. Amma deyilənlərə görə, ondan da, çox məbləğ Ukraynaya ayrılıb lakin ortada heçnə yoxdur. Bu baxımdan da Tramp istəyir ki, iş güzar adam kimi ölkəsini maraqlarını qorusun, onlarla bağlı bu xərclənən vəsaitlərin müxtəlif qayıdış formalarını müzakirə etsin. Nadir tapılan metallarla bağlı o sənədə ki, imza atılmalıydı o bir növ Amerikanın xərclərini kompenzasiya edə biləcək bir sənəd idi. Ancaq Tramp gözləmədən Zelenskinin Vaşiqtonda ağır təpərini gördü, gözləmədən müqavimət hissini gördü və ona görə də Tramp bildirdi ki, mən bu proseslərdən geri çəkilirəm. Hələ ki, burada müsbətə doğru geri dönüş yoxdur ki, Tramp öz mövqeyini xarakte eliyir ya ona bir əlavələr etməyə hazırlaşır. Belə vəziyyətlərdə həmişə ağıllı, təmkinli və təcrübəli olmaq lazımdır və onlarda bunu edərək pauza götürürlər, tələm-tələsik addımlar atmırlar. Gözləmə mövqeyi bir növ onlar üçün ən yaxşı çıxış yolunu müəyyən edir. Odur ki, bu baxımdan mən düşünmürəm ki, Tramp sadəlövh və təcrübəsizdir. Digər tərəfdən onun komandasında da biz görürük ki, çox cavan, enerjili nümayəndələr var, istər dövlət katibi, istər vitse-prezident olsun çox gənc kadrları var. Bunlar hamısı bir növ yeni gəlmiş adamlardırlar və çalışacaqlar ki, indi komanda şəklində rəsmi Vaşiqtonun mövqeyini qorusunlar və digər tərəfdən də, Avropaya anlatsınlar ki, gözəl, bərbəzəkli, dadlı etap və dövr sona çatdı. İndi artıq siz gərək özünüz də çalışasınız və öz problemlərinizidə həll etməyi öyrənəsiniz. Bu baxımdan düşünürəm ki, Trampın bu saat ən böyük qayğısı heç Ukrayniya deyil, onun ən böyük qayğısı qarşıdan gələn 3-4 il ərzində öz istəklərini həyata keçirsin. Digər tərəfdən də, post-Tramp dövrünü hazırlasın. Amma Trampın planları böyükdür deyə ona bir prezidentlik dövrü mütləq şəkildə az olacaq. Ona görə də, çalışacaq ki, bu 4 ildən sonra, öz xələfini hazırlasın və onların vasitəsi ilə dünayada səliqə-səhman yaratsınlar. Hər halda Trampın çox böyük ümidləri Putinlə bağlıdır. Bunların danışıqları hansı yerdə qalacaq, sonra onlar hansı məslələri müzakirə edəcəklər və necə vəziyyətdən çıxacaqlar. Mən elə düşünürəm ki, müharibənin tezliklə dayanması mümkünsüzdür. Çünki Rusiya da buna razı olmayacaq. Lakin Trampda öz adından bildirir ki, mən bu müharibəni saxlayacam. Amma bu o demək deyil ki, onun sözü ilə Rusiya oturub duracaq. Yəni digər tərəfdən də Avropa burada suyu bulandırır və çalışır ki, müharibə dayanmasın. Elə başa düşürəm ki, nəhayət Tramp Ukrayna istiqamətində ən yaxın zamanlarda bir növ geri çəkiləcək".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Mart 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see156

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see147

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see140

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri