Icma.az
close
up
RU
Trampın dəstəyi münasibətlərin yeni mərhələyə keçidinə təkan verir POLİTOLOQ ŞƏRH ETDİ

Trampın dəstəyi münasibətlərin yeni mərhələyə keçidinə təkan verir POLİTOLOQ ŞƏRH ETDİ

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"Azərbaycan ilə ABŞ arasında münasibətlər uzun illərdir ki, strateji əməkdaşlıq əsasında inkişaf edir. İki ölkə arasında enerji təhlükəsizliyi, beynəlxalq terrorizmlə mübarizə, regional sabitliyin qorunması və iqtisadi əməkdaşlıq sahələrində qurulmuş münasibətlər zaman-zaman dəyişən qlobal şəraitə baxmayaraq davamlı xarakter daşıyır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.

Onun sözlərinə görə, son günlərdə ABŞ-ın sabiq Prezidenti Donald Trampın Prezident İlham Əliyevin Media Forumundakı çıxışını açıq şəkildə təqdir etməsi bu münasibətlərdə mühüm diplomatik jest kimi qiymətləndirilə bilər. Bu cür bəyanatlar bir tərəfdən Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun göstəricisidirsə, digər tərəfdən ikitərəfli əlaqələrin yeni mərhələyə qədəm qoymaq potensialını da nümayiş etdirir: "Trampın Azərbaycanın liderinə ünvanladığı dəstək, xüsusilə Qafqazda baş verən geosiyasi dəyişikliklər fonunda, Vaşinqtonun regionla bağlı maraqlarının davam etdiyini göstərir. İlham Əliyevin çıxışında toxunduğu qlobal informasiya təhlükəsizliyi, medianın transformasiyası və milli maraqların qorunması kimi məsələlər ABŞ kimi böyük güclərlə dialoq üçün yeni platformalar yaradır. Bu mövzular təkcə daxili deyil, həm də beynəlxalq siyasi gündəmin əsas müzakirə obyektlərindəndir. Azərbaycan bu çətin və mürəkkəb dövrdə balanslı xarici siyasət yürüdərək həm region dövlətləri, həm də qlobal güclərlə konstruktiv əməkdaşlığı qoruyub saxlayır.

ABŞ tərəfindən bu cür diqqət və qiymətləndirmənin göstərilməsi həm də gələcək ikitərəfli layihələrin, xüsusilə enerji və texnologiya sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır. Azərbaycanın beynəlxalq layihələrdə-xüsusilə “Cənub Qaz Dəhlizi” kimi qlobal enerji təhlükəsizliyi layihələrində oynadığı rol ABŞ tərəfindən yüksək qiymətləndirilir və bu, münasibətlərin strateji çərçivədə inkişafına təkan verir. Nəticə olaraq deyə bilərik ki, Donald Trampın bu açıq dəstəyi yalnız şəxsi simpatiya deyil, həm də ikitərəfli münasibətlərin genişlənməsi üçün siyasi iradənin ifadəsidir. Bu, həm siyasi, həm də diplomatik baxımdan mühüm əhəmiyyət kəsb edir və yaxın gələcəkdə Azərbaycan–ABŞ münasibətlərinin daha da dərinləşəcəyinə dair pozitiv siqnallar verir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 İyul 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see353

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see314

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see266

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see244

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see220

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see154

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see148

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see145

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see138

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see137

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri