Trampın dövlət xərclərinin azaldılmasına dair qanun layihəsi səsvermədən keçib
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Trampın administrasiyasının təşəbbüsü ilə hazırlanmış dövlət xərclərinin azaldılması ilə bağlı qanun layihəsi ABŞ Senatında prosedur səsverməsindən keçib.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
Sənədi 51 deputat dəstəkləyib, 49-u əleyhinə səs verib. Yekun səsvermənin yaxın günlərdə keçiriləcəyi gözlənilir.
Trampın "vahid, böyük, gözəl qanun layihəsi" adlandırdığı sənəd bir sıra sahələrdə vergilərin və dövlət xərclərinin əhəmiyyətli dərəcədə azaldılmasını nəzərdə tutur.
Eyni zamanda, o, müdafiə xərclərinin artırılmasını, xüsusən də "Qızıl qübbə" raketdən müdafiə sisteminin yaradılmasını nəzərdə tutur. Bundan əlavə, sənəddə sərhəd nəzarətinin gücləndirilməsi ilə bağlı tədbirlər, həmçinin bu sahədə xərclərin artırılması yer alır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 29 İyun 2025 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















