Icma.az
close
up
RU
Trampın elçisi Kremlə Ukraynanın ərazi güzəştlərinə getməli olduğunu bildirib

Trampın elçisi Kremlə Ukraynanın ərazi güzəştlərinə getməli olduğunu bildirib

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Donald Trampın xüsusi elçisi Stiv Vitkoff ötən ay Kreml rəsmisi Yuri Uşakova Ukraynada sülhün əldə olunması üçün Rusiyanın Donetsk üzərində tam nəzarət qazanmalı olduğunu və əlavə ərazi mübadiləsinin də mümkünsüz olmadığını deyib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" məlumat verib.

14 oktyabr tarixli beş dəqiqəlik telefon danışığında Vitkoff Uşakova: “Sülh razılaşmasının əldə olunması üçün Donetsk və bəlkə də əlavə bir ərazi mübadiləsi lazım olacaq. Amma gəlin bunu bu formada deyil, daha ümidverici şəkildə müzakirə edək. Məncə, biz razılaşmaya yaxınlaşırıq”, - deyə bildirib. O, həmçinin Uşakovdan Trampı təbrik etməyi və danışıqların tonunu daha müsbət istiqamətdə davam etdirməyi xahiş edib.

Səs yazısı Vitkoffun yanaşması ilə həmahəg olan, noyabr ayında ortaya çıxan mübahisəli 28 maddəlik sülh planının əsas mənbələrini də üzə çıxarır. Vitkoff Qəzza atəşkəsi modelinə bənzər şəkildə Moskva və Vaşinqton arasında birgə sülh çərçivəsi hazırlanmasını təklif edib. O, Putinin Trampla mövzunu necə müzakirə etməli olduğu barədə də məsləhətlər verib və iki lider arasında Zelenskinin Ağ Evi ziyarətindən əvvəl telefon danışığının keçirilməsinin faydalı ola biləcəyini bildirib.

Uşakov Vitkoffun tövsiyələrini qismən qəbul edərək Putin tərəfindən Trampa təbrik göndəriləcəyini və onu “həqiqi sülh adamı” adlandıracağını deyib.

Tənqid olunan 28 maddəlik sülh planı Ukraynanın Donetskin tamamilə Rusiyaya verilməsini tələb edir. Rusiya hazırda Donetski tam nəzarətdə saxlamır, lakin plana görə bu ərazilər demilitarizasiya olunmuş tampon zona kimi tanınmalı və beynəlxalq səviyyədə Rusiyanın ərazisi kimi qəbul edilməlidir. Plan həmçinin Rusiyanın Luqansk və Krım üzərində nəzarətini qorumasını, Xerson və Zaporojyedə isə mövcud cəbhə xəttinin dondurulmasını nəzərdə tutur.

Putin bu ay verdiyi açıqlamada ABŞ-ın təklif etdiyi planın “yekun sülh razılaşması üçün əsas ola biləcəyini” desə də, Kreml bu məsələ ilə bağlı Vaşinqtonla detallı danışıqlar aparmadığını bildirib.

Bu məlumatlar Trampın Vitkoffu Putinlə görüşmək üçün Moskvaya, ABŞ ordusunun katibi Den Driskolu isə Ukrayna rəsmiləri ilə görüşməyə göndərdiyini deməsindən sonra üzə çıxıb. Tramp bildirib ki, Zelenski və Putinlə görüşməyə hazırdır, lakin bunu yalnız “müharibəni bitirəcək razılaşma tam hazır olduqda və ya yekunlaşma mərhələsində olduqda” edəcək.

ABŞ administrasiyası Ukraynaya müharibənin bitməsi üçün bu çərçivəni əsas götürməyi təklif edir. Lakin Ukrayna rəsmiləri işğal olunmuş ərazilərin Rusiyanın nəzarətində qalmasını və ordularına məhdudiyyət qoyulmasını qəti şəkildə qəbul etmirlər.

Söhbət baş tutduğu gün Trampın Rusiya ilə bağlı tonunun sərtləşdiyi də diqqətdən qaçmayıb. O, həmin gün Putin haqqında belə deyib: “Niyə bu müharibəni davam etdirdiyini bilmirəm. O, müharibəni bitirmək istəmir. Bu, onu çox pis göstərir”.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 26 Noyabr 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri