Trampın Karib planı, narkotik bəhanədir, növbəti hədəf Meksikadır
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Venesueladan sonra Karib hövzəsində və bütövlükdə Latın Amerikasında geosiyasi mövqelərini möhkəmləndirmək üçün ardıcıl və sərt siyasi xətt həyata keçirir. Donald Tramp administrasiyasının ritorikası və praktiki addımları göstərir ki, Vaşinqton bölgədə yalnız diplomatik təsir deyil, həm də birbaşa nəzarət mexanizmləri qurmaq niyyətindədir. Bu prosesdə əsas məqsəd Rusiyanın və Çinin Karib hövzəsi və Latın Amerikasında artan təsir imkanlarını zəiflətmək, mümkün qədər bölgədən sıxışdırıb çıxarmaqdır.
Trampın istifadə etdiyi əsas alətlər isə təhdid diplomatiyası, hərbi-psixoloji təzyiq, sanksiya dili və seçki proseslərinə dolayı müdaxilədir. Venesueladan sonra Kolumbiya, Kuba, Panama və indi də Meksika Vaşinqtonun təzyiq hədəflərinə çevrilib. Bu, ABŞ-ın regiona baxışının artıq klassik “yumşaq güc” mərhələsini keçdiyini və daha aqressiv mərhələyə daxil olduğunu göstərir.
Kolumbiya: dialoq pərdəsi arxasında fikir ayrılığı
Kolumbiya prezidenti Qustavo Petro ilə Tramp arasında telefon danışığı zahirən yumşalma effekti yaratsa da, əslində tərəflər arasında ciddi strateji fikir ayrılıqları mövcuddur. Tramp narkotik qaçaqmalçılığı və təhlükəsizlik məsələlərini ön plana çıxararaq Kolumbiyanı ABŞ təhlükəsizliyi üçün vacib həlqə kimi təqdim edir. Petro isə ABŞ-ın Latın Amerikası siyasətini köklü şəkildə tənqid edir və regionun yalnız neft və xammal mənbəyi kimi görülməsinin qlobal təhlükələr yaratdığını vurğulayır. Kolumbiya prezidentinin Trampa zəngi həm gerişəkilmə kimi dəyərləndirmək olar. O öz hakimiyyətini sığortalamaq üçün hətta Trampa bazarlıq etməyə hazır olduğunu da açıqlayıb.
Bu məqsələ Prezident Petronun Latın Amerikasının 1400 GVt-lıq təmiz enerji potensialı ilə bağlı arqumentləri əslində ABŞ-ın enerji təhlükəsizliyi üçün alternativ və daha dayanıqlı yol kimi təklif edib. Onun fikrincə, ABŞ-ın illik 840 GVt-lıq enerji tələbatı Latın Amerikasının yaşıl enerji resursları hesabına tam ödənilə bilər. Lakin Tramp administrasiyasının bu vizyona maraq göstərməməsi Vaşinqtonun hələ də fosil yanacaq və enerji üzərindən geosiyasi nəzarət modelinə üstünlük verdiyini göstərir. Bu yolla Kolumbiya prezidenti Trampın ona qarşı olan qəzəbini yumşaltmağa çalışır. Bu isə o deməkdir ki, nə istəyirsənsə biz onu verməyə hazırıq.
Kuba və Panama: boğma və nəzarət strategiyası
Trampın Kubaya yönəlik açıqlamaları iqtisadi boğma siyasətinin daha da sərtləşəcəyindən xəbər verir. Kubanın Venesueladan enerji və maliyyə asılılığının kəsilməsi fonunda Vaşinqton bu ölkəni tamamilə zəif vəziyyətə salaraq siyasi güzəştlərə məcbur etmək niyyətindədir. Bu, klassik “iqtisadi tənəzzül-siyasi kapitulyasiya” modelidir.
Panama məsələsi isə daha strateji xarakter daşıyır. Panama kanalı qlobal ticarət və enerji daşımaları baxımından kritik nöqtədir. Trampın Panamanın “ABŞ-ın bir parçası” olmasının vacibliyini vurğulaması Vaşinqtonun bu nəqliyyat arteriyasını tam nəzarətə götürmək niyyətini açıq şəkildə ortaya qoyur. Burada əsas hədəflərdən biri də Çinin Panama üzərindən artan iqtisadi və logistika təsirinin qarşısını almaqdır.
Seçkilər və siyasi mühəndislik
ABŞ-ın Karib hövzəsində və Mərkəzi Amerikada təsirini artırmaq üçün seçkilərdən alət kimi istifadə etməsi də diqqətdən kənarda qalmır. Hondurasda Trampın dəstəklədiyi namizədin qalib gəlməsi Vaşinqtonun regionda “idarəolunan demokratiya” modelini tətbiq etdiyini göstərir. Bu yanaşma ABŞ-a formal demokratik çərçivə daxilində öz maraqlarına uyğun hökumətlərin formalaşdırılmasına imkan verir.
Meksika: təhlükəsizlik pərdəsi altında enerji savaşı
Trampın Meksikaya qarşı ən sərt ritorika nümayiş etdirməsi təsadüfi deyil. Rəsmi arqumentlər narkotik kartelləri və qanunsuz miqrasiya ilə mübarizə olsa da, əsas strateji səbəb Meksika körfəzinin zəngin enerji resurslarıdır. Bu region ABŞ üçün həm enerji təhlükəsizliyi, həm də qlobal enerji bazarlarında təsir imkanları baxımından həyati əhəmiyyət daşıyır.
Meksikaya mümkün quru əməliyyatı ehtimalı Trampın “təhlükəsizlik problemi” adı altında suveren dövlətə birbaşa hərbi müdaxilə modelini istisna etmədiyini göstərir. Bu isə Latın Amerikasında beynəlxalq hüququn zəifləməsi və regional sabitliyin pozulması risklərini ciddi şəkildə artırır.
Bütün proseslər onu göstərir ki, Tramp administrasiyası Karib hövzəsini və Latın Amerikasını qlobal geosiyasi rəqabətin əsas cəbhələrindən birinə çevirib. Burada əsas məqsəd enerji resurslarına, strateji nəqliyyat xətlərinə və siyasi qərarvermə mexanizmlərinə nəzarəti təmin etməkdir. Narkotiklərlə mübarizə, miqrasiya təhlükəsi və demokratiya çağırışları isə bu böyük geosiyasi planın icrasında yalnız vasitə rolunu oynayır.
Bu strategiya qısa müddətdə ABŞ-ın regional təsirini artıra bilsə də, uzunmüddətli perspektivdə Latın Amerikasında antiamerikan əhval-ruhiyyəni gücləndirə, regionu daha dərin geosiyasi qarşıdurmaların mərkəzinə çevirə və qlobal miqyasda yeni təhlükəsizlik riskləri yarada bilər.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 09 Yanvar 2026 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















