Trampın keçmiş müşaviri türkə ərə gedir
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
ABŞ prezidenti Donald Trampın keçmiş çəxsi vəkili və müşaviri Alina Habba ilə türk iş adamı Turhan Mildonun evlənməyə hazırlaşdığı iddia edilir.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, təxminən bir ildir birlikdə olan cütlük gələn ay İstanbulda evlənəcək.
Alina Habbanın bu ayın əvvəlində Turhan Mildonun evlilik təklifini qəbul etdiyi deyilir. Cütlük, ABŞ-də xidmət etmiş keçmiş səfirin də daxil olduğu ortaq dostlar qrupu vasitəsilə tanış olub. Münasibətlərinin heç bir siyasi ölçüsü olmadığını deyən Mildon tərəfdaşlıqlarının tamamilə şəxsi olduğunu vurğulayıb.
Nyu-Cersidə anadan olan Alina Habba, 2021-2024-cü illər arasında Trampı əsas işlərdə təmsil etməsi ilə tanınıb. Trampın ikinci müddətində Ağ Evdə "Prezident müşaviri" vəzifəsində çalışan Habba, son olaraq Nyu-Cersi üzrə Federal Prokuror vəzifəsini icra edib. Ağ Evin Mətbuat Katibi vəzifəsində də adı hallanan 42 yaşlı Habba iki dəfə evli olub və iki uşaq anasıdır.
“Miller Holding”in baş direktoru vəzifəsini icra edən 29 yaşlı Turhan Mildon, iş dünyasındakı uğurları ilə tanınır. Əvvəllər Çamlıca Məscidini tikən Gürsoy Qrupunun ailə üzvü Betül Gürsoy ilə evli olan Mildon, 2025-ci ilin yanvar ayında tək bir məhkəmə iclasında ondan boşanıb.
Murad Məmmədli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 24 Sentyabr 2026 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















