Icma.az
close
up
RU
Trampın məktubu: ABŞ Azərbaycan əlaqələrində yeni dinamikanın XƏBƏRÇİSİ

Trampın məktubu: ABŞ Azərbaycan əlaqələrində yeni dinamikanın XƏBƏRÇİSİ

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp 28 May Müstəqillik Günü ilə əlaqədar Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Ekspertlər məktubun məzmunu və kontekstini nəzərə alaraq Vaşinqton-Bakı münasibətlərində yeni mərhələnin başladığını bildirir. 

Trampın məktubunda Azərbaycanla ABŞ arasında münasibətləri bir neçə vacib istiqamət üzrə yüksək qiymətləndirir: Terrorizmə qarşı mübarizə və təhlükəsizlik sahəsində əməkdaşlıq, enerji təhlükəsizliyinin inkişafı, iqtisadi və enerji əlaqələrinin genişləndirilməsi və sair.

Məktub Tramp Administrasiyasının Azərbaycanı regional güc və mühüm tərəfdaş kimi dəyərləndirdiyini açıq şəkildə göstərir. Məktubda xüsusilə diqqətçəkən məqamlardan biri Cənubi Qafqazda “yeni firavanlıq dövrünə” keçid və sülh çağırışıdır ki, bu da Trampın regiona praqmatik baxışını əks etdirir.

Trampın ilk prezidentliyi dövründə (2017–2021) Azərbaycan-ABŞ münasibətlərində iqtisadi, enerji və təhlükəsizlik sahələrində ciddi irəliləyişlər qeydə alınmışdı. ABŞ-ın Azərbaycan vasitəsilə Avropanın enerji təhlükəsizliyinə töhfə verməkdə maraqlı olması Tramp Administrasiyasının əsas prioritetlərindən biridir. Onun ikinci prezidentliyi müddətində də oxşar tendensiya müşahidə edilir.

Azərbaycan Prezidenti İlham Əliyev də bu gün senator Stiv Deyns ilə görüşü zamanı Trampın prezidentliyi dövründə ikitərəfli münasibətlərə göstərilən diqqəti xüsusi qeyd edib. Deynsin özü Trampın yaxın müttəfiqlərindən biri kimi tanınır və onun Bakıya səfəri və Müstəqillik Günü təbriklərinə qatılması da simvolik anlam daşıyır.

Modern.az-a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov da deyir ki, Donald Trampın təbrik məktubu ilə bir daha Azərbaycan-ABŞ əlaqələrinin inkişaf etdiyini təsdiqləyib:

"Bu həm də ABŞ tərəfinin Azərbaycanla daha sıx əlaqələr qurmaqda maraqlı olduğunu göstərir”.

Qeyd edək ki, bundan əvvəl Baydenin Administrasiyası ilə Azərbaycan arasında münasibətlərdə nisbətən soyuqluq müşahidə olunursu. Xüsusən də Qarabağ müharibəsi sonrası dövrdə Bayden Administrasiyası Ermənistanla münasibətləri daha açıq şəkildə dəstəkləyən siyasət yürütmüş, Azərbaycanın narahatlıqlarına isə kifayət qədər həssas yanaşmamışdı. 

Trampın məktubu yalnız bir təbrik deyil, həm də siyasi mesajdır. O, ABŞ-ın Azərbaycanla münasibətlərində yeni mərhələyə hazır olduğuna işarə edir. Məktubun səmimi və konkret məzmunu, Azərbaycanın geosiyasi roluna və regional təşəbbüslərinə verilən dəyər, eyni zamanda sülh təşəbbüslərinə ABŞ-ın dəstəyini ifadə etməsi Trampın ikinci prezidentlik dövründə Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini göstərir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 May 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see189

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see155

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see152

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri