Icma.az
close
up
RU
Trampın miqrasiya siyasəti: xaricdə təhsil alan gənclərimizin taleyi necə olacaq?

Trampın miqrasiya siyasəti: xaricdə təhsil alan gənclərimizin taleyi necə olacaq?

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Son illərdə ABŞ-da baş verən siyasi dəyişikliklər ölkənin təhsil və miqrasiya siyasətində yeni mərhələyə keçidi şərtləndirib. Xüsusilə yeni administrasiyanın tətbiq etməyi planlaşdırdığı islahatlar beynəlxalq tələbələr, o cümlədən azərbaycanlı tələbələr və miqrantlar üçün mühüm nəticələr doğura bilər. Bu dəyişikliklər arasında tələbə vizaları ilə bağlı sərtləşdirilmiş qaydalar, immiqrasiya prosesində yeni məhdudiyyətlər və miqrantlara qarşı daha ciddi nəzarət mexanizmlərinin tətbiqi yer alır. 

Bu dəyişikliklər ABŞ-də təhsil almağı planlaşdıran azərbaycanlı tələbələr üçün hansı risklər və imkanlar yaradır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil eksperti Aisa Aslanova bildirib ki, yeni administrasiya təhsil sahəsində bir sıra islahatlar həyata keçirməyi planlaşdırır, bunların ən mühümü isə ABŞ Təhsil Nazirliyinin ləğvi ilə bağlı təkliflərdir: 

"Təhsil Nazirliyi ləğv edilərsə, ölkənin təhsil sistemində dərin təsirlər yarada bilər. Təhsil Nazirliyinin mövcudluğu dövlət məktəblərinin maliyyələşdirilməsi, məktəblər arasında bərabərsizliyin azaldılması və təhsil siyasətinin ümumi koordinasiyası üçün mühüm bir vasitədir. Lakin bu strukturun ləğvi məktəblərin maliyyələşdirilməsini birbaşa təsir edə bilər, çünki federal hökumətin təhsil sahəsindəki nəzarəti azalacaq və yerli idarələrə daha çox məsuliyyət verilə bilər. Bu, bəzi bölgələrdə təhsil sahəsindəki resursların azalmasına və müəyyən məktəblərdə təhsil keyfiyyətinin düşməsinə yol aça bilər".

Onun sözlərinə görə, eni administrasiya, tələbə vizaları ilə bağlı bəzi məhdudiyyətlər tətbiq etməyi planlaşdırır ki, bunlar F1, F2, M1 və M2 vizalarının müddətinin məhdudlaşdırılmasını nəzərdə tutur: 

"Dəyişikliklər xüsusilə uzun müddətli təhsil proqramlarına qatılmaq istəyən azərbaycanlı tələbələrin ABŞ-də qalma şərtlərini və planlarını çətinləşdirə bilər. Tələbələr artıq yalnız təhsil müddətinə uyğun vizalarla deyil, həm də mümkün olan immiqrasiya dəyişikliklərini nəzərə alaraq daha diqqətli olmalıdırlar. Bu cür məhdudiyyətlər həm də təhsil alarkən iş tapmaq və ya praktika proqramlarında iştirak etmək istəyən tələbələrin vəziyyətini çətinləşdirə bilər, çünki vizaların müddəti bitdikdən sonra onların ABŞ-də qalmaq hüquqları məhdudlaşacaq. Bu səbəbdən tələbələrin yeni qaydalara uyğun olaraq planlarını daha diqqətlə qurması, həmçinin təhsil aldıkları müddətdə qanunları yaxşı bilmələri çox vacibdir".

Təhsil eksperti xatırladıb ki, son məlumatlara görə, ABŞ-dan deportasiya edilməsi planlaşdırılan 700 yaxın Azərbaycan vətəndaşı mövcuddur. Bu şəxslərin əksəriyyəti qeyri-qanuni miqrantlar olub, yəni ABŞ-a qanunsuz yolla daxil olmuş və ya viza müddətini uzatmamış şəxslərdir. Onların əksəriyyəti, qanunsuz şəkildə ölkədə qalma müddətlərini aşaraq, müxtəlif səbəblərlə uzun müddət ABŞ-da qalmışlar. Məhkəmə qərarlarına əsasən, bu şəxslərin deportasiya olunması nəzərdə tutulur və hüquqi proseslərin başa çatması ilə ABŞ hökuməti onları öz vətənlərinə geri göndərməyi planlaşdırır. 

Aisa Aslanova: Miqrasiya şərtləri ABŞ-yə girişlə bağlı şərtləri çətinləşdirə bilər

A.Aslanovanın sözlərinə görə, deportasiya prosesinin tətbiq edildiyi şəxslər məhkəmə qərarlarına etiraz etmək hüququna malikdirlər və bu, onların ABŞ-dən deportasiya olunmalarını əngəlləyə bilər:

"Əgər deportasiya qərarına qarşı müvafiq hüquqi əsaslar varsa, şəxslər bu qərarı yuxarı instansiyalara, məsələn, apellyasiya məhkəmələrinə və ya digər daha yüksək miqrasiya orqanlarına təqdim edə bilərlər. Məhkəmə qərarına etiraz etmək üçün müəyyən müddət, adətən 30 gün, verilir, bu zaman müraciət edən tərəf öz etirazını bildirə və hüquqi məsələləri gündəmə gətirə bilər. Etiraz etməyin ən mühüm tərəfi odur ki, həmin şəxslər deportasiya qərarının həyata keçirilməsindən əvvəl bu hüquqi müdafiə imkanlarından istifadə etməlidirlər, çünki müəyyən bir müddətdən sonra bu proses başlaya bilər və şikayətlər qəbul edilməyə bilər".

Son olaraq mütəxəssis qeyd edib ki, yeni administrasiyanın miqrasiya siyasətindəki dəyişikliklər 0xüsusilə viza prosesindəki sərtləşdirmələr, ABŞ-də təhsil almaq və ya yaşamaq istəyən şəxslər üçün ciddi təsirlər yarada bilər:

"Bu dəyişikliklər azərbaycanlı tələbələr və miqrantlar üçün ABŞ-yə giriş şərtlərini daha da çətinləşdirə bilər və onların təhsil və yaşayış planlarını mənfi şəkildə təsir edə bilər. İndi daha çox layiqliyə əsaslanan seçim sisteminin tətbiqi nəzərdə tutulur ki, bu da təhsil və immiqrasiya sahəsindəki qərarları yalnız akademik göstəricilər, peşə bacarıqları və şəxsi nailiyyətlərə əsaslanacaq şəkildə dəyişdirəcək. Yeni yanaşma təhsil və ya miqrasiya məqsədilə ABŞ-yə müraciət edən şəxslərin daha çox təhsil, peşəkar bacarıqlar və akademik nailiyyətlərini ön plana çıxarmasını tələb edəcək. Bu dəyişikliklərə uyğun olaraq, hər bir müraciətçinin göstəriciləri daha diqqətlə qiymətləndiriləcək və nəticə etibarilə müraciət prosesində ciddi rəqabət yaranacaq. Buna görə də, ABŞ-də təhsil almaq və ya yaşamaq istəyən şəxslər, yeni qaydaları diqqətlə izləməli və vaxtında uyğun tədbirlər görməlidir. Qanunların dəyişməsi ilə əlaqədar mümkün çətinlikləri aşmaq üçün hər bir şəxs öz təhsil və miqrasiya planlarını öncədən hazırlamalı və bütün yeni tələblərə uyğun şəkildə hərəkət etməlidir".

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 Fevral 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see267

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see221

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see216

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see168

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see157

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri