Trampın müşaviri Yaxın Şərqdəki raket hücumları barədə danışdı
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın müşaviri Aleks Bryusevits ABŞ-nin İrana hücumundan sonra Yaxın Şərqdə "ilişib" qaldığını bildirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə o, öz "X" hesabında paylaşım edib:
"Son 72 saat tamamilə sürreal idi, əvvəllər heç belə bir şey yaşamamışdım. İran raketləri düz başımın üstündən uçurdu".
O, Ağ Ev administrasiyasına, eləcə də Qətər və Səudiyyə Ərəbistanı rəhbərliyinə vəziyyətin həllində göstərdikləri köməyə görə təşəkkür edib. Müşavir hazırda münaqişə zonasını tərk edib və Avropaya çatıb.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İranda genişmiqyaslı hərbi əməliyyata başlayıblar. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri zərbələrə məruz qalıb. İran ali lideri ayətullah Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran əməliyyatlara başlayıb, Yaxın Şərqdəki ABŞ bazalarına, həmçinin İsrail şəhərlərinə zərbələr endirib. Tehran Fars körfəzi ölkələrinə də hücum edir.
Baxış sayı:120
Bu xəbər 03 Mart 2026 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















